Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanla ABŞ və Türkiyənin dəniz qüvvələri arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla ABŞ və Türkiyənin dəniz qüvvələri arasında hərbi əməkdaşlıq müzakirə olunub

21.09.2023 [13:36]

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyuport şəhərində 90 ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının nümayəndələrinin də iştirakı ilə keçirilən 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumu davam edir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, simpozium çərçivəsində Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Türkiyə Respublikasının HDQ komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Amerika Birləşmiş Ştatlarının HDQ komandanı admiral Liza Franketti ilə görüşüb.
Görüşlərdə Azərbaycan-Türkiyə və Azərbaycan-ABŞ HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31