/ / Parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə: Erməni cinayətləri barədə saysız-hesabsız faktlar var
Parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə: Erməni cinayətləri barədə saysız-hesabsız faktlar var
25.09.2023 [18:53]
Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının və Baş Prokurorluğun əməkdaşları, hüquqşünas alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, parlamentdə Qərbi Azərbaycana qayıdışın müxtəlif aspektləri mövzusunda artıq bir neçə dinləmə təşkil olunub. Qarşıda duran vəzifə isə məhz həm milli, həm beynəlxalq hüquqi aspektlərin araşdırılmasıdır.
O bildirib ki, bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi dönəmində Qərbi Azərbaycana qayıdış konsepsiyasının müzakirələri tarixin bir qanunauyğunluğuna çevrilib. Müstəqillik tariximizin yaradıcısı Ulu Öndər dövlət siyasətində tarixi yaddaşı önə çəkərək, hələ 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb və özü şəxsən ona rəhbərlik edib. Sonrakı mərhələlərdə isə Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də İrəvanın və digər ərazilərimizin ermənilərə verilməsi ilə heç zaman barışmayıb, bu məsələni həmişə diqqətdə saxlayıb. Heç də təsadüfi deyil ki, 2020-ci ilin Vətən müharibəsi Qələbəsindən bir müddət sonra qarşıya qoyulan növbəti məqsəd Qərbi Azərbaycana qayıdış konsepsiyası oldu.
Yaşadığımız bu tarixi günlərdə Ali Baş komandanın rəhbərliyi ilə Azərbaycan silahlı qüvvələri cəmi bir gün ərzində lokal antiterror tədbirləri həyata keçirərək Azərbaycanın suverenliyini Qarabağ iqtisadi zonasında da tam təmin etmiş oldu. Artıq Azərbaycan dövləti orada yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası ilə bağlı öz planlarını təqdim edib. Məhz belə bir tarixi şəraitdə Qərbi azərbaycanlıların da tarixi vətənimizə qayıdışı və reinteqrasiyası xüsusi aktuallıq kəsb edir. Bu baxımdan bu məsələnin hüquqi aspektlərinin analizi, araşdırılması təklifləri də çox önəmlidir və biz bununla bu işə öz töhfəmizi vermiş olarıq.
Sonra tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edib. O, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşünü xatırlayaraq, dövlətimizin başçısının oradakı çıxışında yeni milli hədəfimizi – tarixi torpaqlarımıza qayıdışı müəyyən etdiyini deyib. Bildirib ki, bu qayıdışın bütün detalları Prezidentin tapşırığı ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb. Bu konsepsiya beynəlxalq və aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Milli Məclisin deputatı qeyd edib ki, bu insanlar 35 il əvvələ qədər Ermənistan vətəndaşı olublar və onların Ermənistan vətəndaşlığından çıxarılması haqqında heç bir hüquqi sənəd və ya məhkəmə qərarı yoxdur. Bu insanların bir çoxu, hətta pasport qeydiyyatından çıxmadan Ermənistanı tərk etməyə məcbur ediliblər.
Əziz Ələkbərov bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı hələ 200 il əvvəl başlayan və son 100 ildə bütün hüdudları aşan cinayətləri barədə saysız-hesabsız faktlar, sənədlər, sübutlar mövcuddur. Onların hüquqi müstəvidə araşdırılmasına çox böyük ehtiyac var.
Sonra çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov məsələ ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə açılmış cinayət işi və istintaqın gedişi barədə məlumat verib. O bildirib ki, işin böyüklüyü nəzərə alınmaqla 76 rayonun prokurorluqlarına ayrı-ayrı istintaq hərəkətlərinin icra edilməsi məqsədilə müvafiq tapşırıqlar göndərilib və hazırda bu tapşırıqlar icra edilməkdədir.
Elmar Camalov diqqətə çatdırıb ki, müxtəlif rayonlarda məskunlaşmaqla yaşayan Qərbi Azərbaycandan didərgin düşmüş şəxslərin müəyyən edilərək dindirilmələri ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. Eyni zamanda, arxiv sənədlərinin aşkar edilərək götürülməsi və digər üsullarla bağlı Türkiyə Respublikasına hüquqi yardım göstərilməsi ilə əlaqədar müvafiq vəsatət göndərilib. İstintaq zamanı 1987-1991-ci il tarixlərində baş vermiş kütləvi deportasiya və soyqırımı zamanı ermənilər tərəfindən Qərbi Azərbaycan ərazisində qətlə yetirilən 216 şəxsdən 30 nəfər şəxsin yaxın qohumları, habelə hadisənin şahidləri müəyyən edilərək dindiriliblər.
İctimai dinləmədə çıxış edən parlamentin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Fəzail Ağamalı, Azay Quliyev, Kamal Cəfərov, Hikmət Məmmədov, Nizami Səfərov, Məlahət İbrahimqızı, BDU-nun hüquq fakültəsinin dekanı Zaur Əliyev, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, BDU-nun kafedra müdiri Kamil Səlimov, bu ali təhsil ocağının hüquqşünas alimləri Əfsər Sadıqov, İbrahim Vəliyev, Şəhla Səmədova, Zahid Cəfərov, Əbülfəz Hüseynov, AMEA-nın nümayəndəsi Nazim Mustafa, QHT nümayəndələri Nəsiman Yaqublu, İlham İsmayılov, Ramin İsgəndərov soydaşlarımızın Azərbaycan xalqının tarixi torpaqlarına qayıdışının təmin edilməsinin hüquqi aspektləri barədə qeyd və təkliflərini irəli sürüblər. Çıxış edənlər dünya tarixində oxşar hadisələr və onların həyata keçirilməsi üçün hüquqi yollar barədə fikirlərini bölüşüblər, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının təmin olunacağına inamlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43

