Xankəndidə Azərbaycan işığı
26.09.2023 [11:00]
MÜBARİZ
Bir gün ərzində uğurla tamamlanan antiterror tədbirləri mühüm nəticələrə yol açmaqdadır. Ölkəmizin şərtləri əsasında əldə olunan razılaşmaya uyğun olaraq, 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. Xəbər verildiyi kimi, görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsini və humanitar dəstəyin həyata keçirilməsini xahiş etmişdi. Ölkəmizin qısa müddətdə hazırladığı reinteqrasiya proqramı görüşdə qarşı tərəfə təqdim olunub. Proqramda, həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin humanitar ehtiyaclarının qarşılanması da yer alıb və bu istiqamətdə müxtəlif səpkili tədbirlərin görülməsi nəzərdə tutulub.
Artq respublikamız qeyd olunan istiqamətlərdə tədbirlərin həyata keçirilməsinə start verib. Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də iki çörək dolu maşın Xankəndiyə yola salınıb. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə edilməklə təyinat yerinə çatdırılıb. Humanitar karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanılıb.
Eyni zamanda, Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib. Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb. Yükə 24 ton Aİ 92 markalı benzin, 40 ton dizel yanacağı daxildir. Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılması üçün nəzərdə tutulur.
Bəhs olunan görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində daha bir təxirəsalınmaz tədbir reallaşdırılıb. Prezident Administrasiyasının məlumatına əsasən, növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.
Qeyd edək ki, hələ 2021-ci ildə “Azərenerji” tərəfindən tikilən və Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Şuşa” yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən “Azərenerji” tərəfindən “Şuşa” yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq “Azərenerji” və “Azərişıq” əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Beləliklə, artıq Xankəndidə Azərbaycan işığı yanır.
Göründüyü kimi, Azərbaycanın bir gün ərzində uğurla həyata keçirdiyi antiterror tədbirlərinin nəticəsi olaraq regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün real imkanlar yaranıb. Artıq reinteqrasiyanın qarşısını alacaq süni maneələr aradan qalxıb. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələləri ölkəmizin qarşıya qoyduğu hədəflər sırasında yer alır. Qalib Azərbaycan ölkə qanunlarına riayət edəcək hər bir şəxsi vətəndaşlığa qəbul etməyə hazır olduğunu bəyan edib. Bu isə Azərbaycanın mühüm humanizm nümayişidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

