Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın söndürülüb VİDEO

FHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın söndürülüb VİDEO

26.09.2023 [21:59]

Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyənləşdirilib.

Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.


Paylaş:
Baxılıb: 491 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31