İŞİD təhdidi geri dönür?
27.09.2023 [11:30]
Terror təşkilatının yüksək rütbəli komandiri saxlanılıb
Günel ABBAS
2019-cu ildə süquta uğradılan İŞİD yenidən aktuallaşır. Bir zamanlar Yaxın Orta Şərqdə boy göstərən, bəzi xarici mərkəzlər tərəfindən Suriya və digər regionlarda “qarşısıalınmaz güc” kimi xarakterizə olunan radikal terrorçu dəstə yenidən İraqda “peyda olub”. Ötən günlərdə, İraqın təhlükəsizlik xidməti Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirini saxlayıb. Bu barədə İraq departamenti məlumat yayıb. Məlumatda bildirilir ki, diqqətli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə xidmətinin əməkdaşları kürd birləşməsinin əməliyyat şöbəsi ilə birlikdə terror qruplaşmasının komandiri Əbu Baharini Kərkük vilayətində saxlayıblar.
Departamentin məlumatına görə, Bahari İŞİD qruplaşmasının “xarici” adlandırılan batalyonuna rəhbərlik edib. Məlumatda, həmçinin qeyd olunub ki, əməliyyat ölkənin Baş naziri, eyni zamanda, İraq Silahlı Qüvvələrinin baş komandanı olan Məhəmməd əl-Sudaninin göstərişi ilə həyata keçirilib.
Yaxın keçmişə qısa ekskurs etsək, İŞİD-in 2004-cü ildə İraq müharibəsinin başlamasından qısa müddət sonra “Camaat əl-Tövhid vəl-Cihad” adı ilə qurulmasının şahidi olarıq. 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək “Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn” (daha çox “İraq Əl-Qaidəsi” adı ilə tanınır) adını götürən radikal terrorçular 2006-cı ilin yanvar ayında “Ceyş ət-Taifa Əl-Mənsur”, “Ceyş Əhli-Sünnə vəl-Camaa”, “Ceyş əl-fatihin”, “Cund əs-Səhabə” kimi kiçik qruplarla birləşib “Mücahidun Şura Konseyi” adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan “İraq İslam Dövləti” adlı dövlət elan etdi. Bu tarixdən etibarən “Mücahidun Şura Konseyi” adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar “İraq İslam Dövləti” adıyla keçirilməyə başladı.
Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra həmin radikal terrorçular Suriyada Əl-Nusra Cəbhəsi (“Əl-Qaidə”nin Suriya qanadı) adı altında “peyda oldular”. 2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın “İraq və Şam İslam Dövləti” adı altında fəaliyyət göstərəcəyini bildirdi. İŞİD-in törətdiyi qətliamlar, terror aktları haqda geniş məlumat verməyə ehtiyac yoxdur. Bütün dünya tərəfindən terror qruplaşması kimi tanınan bu qruplaşma ayrı-ayrı vaxtlarda Türkiyə, Fransa, Liviya və başqa ölkələrdə yüzlərlə dinc insanın həyatına qəsd edərək terror aktları həyata keçiriblər.
Qeyd edək ki, son aylarda İŞİD-in Yaxın Orta Şərqdəki “sərgüzəştləri” bitmək bilmir. Belə ki, ötən ay Suriyanın hökumət ordusunun 30-a yaxın əsgəri Əl-Meyadin şəhəri yaxınlığında “mücahid”lərin pusqusunun qurbanı olmuşdu. Əsgərlərlə dolu avtobusu pusquya salan İŞİD döyüşçülərdən bəzilərini hətta ələ keçirə bilmişdi. Genişmiqyaslı hücuma cavab olaraq Suriya ordusunun komandanlığı xüsusi təyinatlı dəstələrini Deyr əz-Zora, Bədia əş-Şərqiyyə səhrası bölgəsinə göndərmişdi. Bir qayda olaraq, terrorçuların mobil qrupları oradan ordunun nəzarət-buraxılış məntəqələrinə və nəqliyyat kolonlarına hücumlar təşkil edir. Göründüyü kimi, ərazidə tez-tez reydlərin keçirilməsinə baxmayaraq, özünü “xilafət” elan edən İŞİD-in fəaliyyəti tam dayandırılmayıb - hətta əldə olunan statistikaya görə, bu ilin əvvəlindən İŞİD-lə atışmalarda 400 nəfərin öldüyü bildirilib.
Politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bəzi hallarda İŞİD terror qruplaşmasının qalıqları regionda hələ də mövcuddur: “Bu qruplaşmalar zaman-zaman fəallıqlarını göstərirlər. İŞİD-in böyük infrastrukturunun olması işi çətinləşdirir. Çünki onun yalnız bir hissəsi dağıdılıb, qruplaşmanın qalıqları ara-sıra özlərini göstərirlər. Bu mənada demək olar ki, İŞİD təhdidi tam aradan qaldırılmayıb. Lakin bu, indiki halda regional təhlükəsizliyə ciddi təsir göstərmir. Qeyd etmək lazımdır ki, regional iştirakçıların öz gücü ilə onlarla mübarizə aparmaq qabiliyyəti var”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

