Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şuşa-Laçın yolunda sülhməramlıların maşını aşıb

Şuşa-Laçın yolunda sülhməramlıların maşını aşıb

28.09.2023 [10:58]

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şuşa rayonu, Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şuşa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi müəyyən olunub. Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus "Hummer" və "Mercedes" markalı avtomobillərdə də yanğın baş verib.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30