Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / COVID-19-un yeni ştamı meydana çıxıb

COVID-19-un yeni ştamı meydana çıxıb

29.09.2023 [13:50]

COVID-19-un yeni və daha çox yoluxucu olan ştamı meydana çıxıb.

Yeni ştam “Pirola” adlanır.

Amerikalı ekspert Georges Benjamin bildirib ki, bu ştam daha da yoluxucu olmasına baxmayaraq, öldürücü deyil: “Amma əsas problem odur ki, mövcud peyvəndlər daha az təsirlidir. Çünki virus hər dəfə mutasiyaya uğrayır. Bu isə vaksinlərin effektliyini azaldır”.

Məlumata görə, yeni ştamın özünəməxsus simptomu hələ ki aşkarlanmayıb. Bununla belə, “Pirola”ya yoluxanlarda ümumi əlamətlər - şiddətli ürəkbulanma, öskürək, boğazağrısı, burun axması, asqırma, yorğunluq, başağrısı, əzələ ağrıları və iybilmənin itməsi müşahidə olunur.

Ekspert qeyd edib ki, dünyada yoluxmanın artmasının əsas səbəblərindən biri də vaksinlərin bərabər paylanmaması, bəziləri üçün peyvəndlərin əlçatan olmamasıdır: “İnsanlar lazım olan qədər peyvənd vudurmadıqları üçün daha çox yoluxurlar. Buna görə də xüsusilə peyvənd olunmayanlar daha tez yoluxur və vaxtından əvvəl ölür”.

Həkim insanları peyvəndlənməyə çağırıb.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30