Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ-da pilot təyyarəni qəzaya uğratmağa cəhd göstərib

ABŞ-da pilot təyyarəni qəzaya uğratmağa cəhd göstərib

24.10.2023 [11:09]

Amerikalı pilot “Alaska Airlines”in Everettdən (Vaşinqton ştatı) San-Fransiskoya (Kaliforniya ştatı) istiqamətlənən sərnişin laynerini bilərəkdən qəzaya uğratmağa cəhd göstərdiyinə görə həbs olunub.

AZƏRTAC xəbər verir ki, adıçəkilən reysin ekipajının heyətinə daxil olmayan 44 yaşlı pilot təyyarəni qəzaya uğratmaq üçün mühərrikləri söndürməyə çalışıb.

Digər iki pilot cinayətkarı saxladıqdan sonra hava gəmisi Portlandda (Oreqon ştatı) məcburi eniş edə bilib. İnsidenti törədən şəxs daha sonra hava limanında həbs olunub.

Pilot 83 nəfərin həyatına qəsd törətməkdə ittiham olunur.

Federal Təhqiqatlar Bürosunun məlumatına görə, heç kəs zərər çəkməyib.

Paylaş:
Baxılıb: 587 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30