“Hər birimiz bir çiçək” səpkili verilişlər niyə yoxdur?
25.10.2023 [10:49]
MÜŞFİQƏ
46 illik ömrünün 26 ilini uşaqlara həsr edən Ələkbər əmi “Hər birimiz bir çiçək” verilişi ilə minlərlə uşağın sevimlisinə çevrildi. Əyləncə, gülüş, sevinc dolu bu proqram ayda bir dəfə 45 dəqiqə yayımlanırdı. Uşaq əgər şeir demək istəyirdisə, şeirinə qulaq asar, oynamaqlarına əl çalar, bir növ, onları ruhlandırardı. Ələkbər Hüseynov uşaqlarla işlədiyi üçün uşaq psixologiyasına aid kitablar oxuyar, uşaqla uşaqlaşar, onlara həssas yanaşardı. Heç şübhəsiz, uşaqların ruh dünyasına yaxından bələd olduğu üçün veriliş uğurlu alınmışdı.
Tez-tez məktəb dərnəklərinin təşkil etdiyi proqramlarda azyaşlı dostları ilə görüşlər təşkil edərdi. Həmin şanslı uşaqların sırasında mən də yer almışdım. Onu bircə dəfə görmək kifayət edirdi ki, valideyn və dostlarına günlərlə söz açasan, sevincini bölüşəsən. Üzərindən 20 il keçməsinə baxmayaraq, dünənki kimi xatırlayıram. Uşaqlarla dolu zal bir nəfər kimi “Ələkbər əmi, Ələkbər əmi” deyə qışqırır, onu səhnəyə çağırırdıq. Şeir demək, mahnı oxumaq, rəqs etmək üçün növbələrə dururduq. Çox tez itirdik onu. Bu itki həm də uşaqların sevincinin itkisiydi. Çox təəssüf ki, bu günün uşaqları Ələkbər əmidən bixəbər böyüyürlər. Onların artıq izləyə biləcəyi Ələkbər əmiləri yoxdu.
Onların heç izləyə biləcəkləri uşaq verilişləri də yoxdur. Nə üçün uşaq verilişlərinin sayı yox dərəcəsindədir? Heç şübhəsiz, son illərdə teleməkanlarımızda uşaq verilişləri ilə bağlı kasadlıq açıq-aydın hiss olunur. Nədənsə uşaq verilişləri telekanallardan, telekanallar da uşaq verilişlərindən uzaq düşüb. Uşaqlarımızı bundan məhrum edən səbəblər nələrdir? “ARB Günəş” adlı kanal fəaliyyət göstərsə də, bu yetərlidirmi? Yaxud yayımlanan proqramlar keyfiyyət, dublyaj və dil baxımından insanları qane edirmi? Mütəxəssislər deyirlər ki, uşaqların yaşı, psixoloji durumu nəzərə alınmaqla dilimiz təbliğ olunmalıdır. Bu gün uşaqlar baxdıqları veriliş və cizgi filmlərinə görə türk və ya rus dilində danışırlar. Belə uşaqlar danışdıqda qrammatik səhvlər edirlər. Yaxşı olardı ki, bizim öz dilimizdə uşaq kanalı olsun. Bir sözlə, uşaqlar üçün verilişlərin və cizgi filmlərinin tərbiyəvi əhəmiyyəti vacibdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17

