Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İcma: Azərbaycan Ermənistanı diplomatik müstəvidə də darmadağın edib

İcma: Azərbaycan Ermənistanı diplomatik müstəvidə də darmadağın edib

25.10.2023 [19:16]

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin sədri Alen Simonyanın öz ampluasına sadiq qalaraq Azərbaycanla bağlı növbəti dəfə diletant və gülünc açıqlamalar verməsi ilə bağlı bəyanat verib.

İcmadan daxil olan bəyanatda deyilir: "Tutduğu vəzifənin məsuliyyətini, dediyi sözlərin mahiyyətini dərk etməyən A.Simonyan heç cür başa düşə bilmir ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də darmadağın etmişdir. A.Simonyan kimilərinin İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra çox belə boğazdan yuxarı sözlərinin şahidi olmuşuq.

Yalnız A.Simonyan təfəkküründə olan şəxs tez-tez parlamentin iclaslarında deputatları təhqir edib, müxalifətçinin üzünə nümayişkəranə şəkildə tüpürüb Ermənistanın “demokratik ölkə” olduğunu iddia edə bilər".

Paylaş:
Baxılıb: 441 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31