Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prokurorluq Tovuzda fermada çobanın törətdiyi qətllə bağlı məlumat yayıb

Prokurorluq Tovuzda fermada çobanın törətdiyi qətllə bağlı məlumat yayıb

18.11.2023 [14:27]

Tovuzda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Bu barədə Tovuz rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, noyabrın 18-də Tovuz rayonunda yerləşən fermalardan birində yanmış insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1988-ci il təvəllüdlü Tovuz rayon sakini, qeyd edilən fermada çoban işləyən Eldar İbrahimovun aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Nicat Məmmmədovun baş nayihəsindən dəmir alətlə vuraraq qəsdən öldürməsi və daha sonra cinayəti gizlətmək üçün fermanı yandırmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Eldar İbrahimov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:
Baxılıb: 854 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30