Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

20.11.2023 [15:05]

Noyabrın 19-u saat 00:10 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən piyada, 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan  bildirilib ki, X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30