Ədliyyə işçilərinin peşə bayramıdır
22.11.2023 [11:30]
22 noyabr...
Yeganə BAYRAMOVA
Bu gün keyfiyyətcə yeni və səmərəli fəaliyyət mərhələsinə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə ədliyyə orqanlarının inkişafına yönəlib. Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulmasının təməlində möhkəm ədliyyə sistemi dayanır. Möhkəm ədliyyə sisteminin yaradılması isə əzm və iradə tələb edir.
Ümumiyyətlə, ədliyyə sözünün mənası çox genişdir. Mükəmməl ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərlikləri təmin olunur. Bu gün ədliyyə işçilərinin peşə bayramıdır. Ümummilli lider tərəfindən imzalanmış 11 noyabr 2000-ci il tarixli Sərəncamla Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.
Sağlam zəmində qurulan vətəndaş-məmur münasibəti
İnsanlara layiqli xidmət, vətəndaş məmnunluğu ədliyyə işçilərinin fəaliyyətinin əsas prioritetidir. Dövlət başçısının tələbləri daim rəhbər tutulmaqla vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşılmasına şahid oluruq. İcra intizamına və etik davranış qaydalarına əməl olunması ədliyyə işçilərinin ən ümdə vəzifələridir və sevindirici haldır ki, onlar bu vəzifələri layiqincə yerinə yetirirlər.
Ədliyyə sahəsində texnoloji yeniliklər
Son illər bütün sahələrdə olduğu kimi ədliyyə sahəsində də yeni texnoloji nailiyyətlərin şahidi oluruq. Belə ki, vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi vasitəsilə müəyyən notariat hərəkətləri məsafədən daha asan, sürətli və rahat həyata keçirilir. Dövlət orqanları arasında ən çox istifadə edilən “Mobil notariat” tətbiqinin istifadəyə verilməsi, eyni zamanda, ölkə hüdudlarından kənarda olan vətəndaşlarımız üçün daha çox yararlı olub.
Ədliyyə işçiləri Prezidentin ətrafında sıx birləşiblər
Bu gün fəxrlə söyləyə bilərik ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdəndir. Ümumiyyətlə, son 3 ildə Ədliyyə Nazirliyində peşə bayramının qeyd olunması ədliyyə işçiləri tərəfində geniş miqyaslı olmaqla bərabər, xüsusi maraq və böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Şanlı Zəfərlə Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi isə ədliyyə sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdəndir.
P.S. “Yeni Azərbaycan” qəzetinin kollektivi ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara qanunun aliliyi və insan hüquqlarının təmin olunması kimi şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayır!
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29

