Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan yaşıl enerjinin təchizatçısı rolunda

Azərbaycan yaşıl enerjinin təchizatçısı rolunda

23.11.2023 [11:37]

Mübariz

Azərbaycanın gündəliyinin vacib məsələlərindən biri

Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti  bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

Zəruri infrastrukturun qurulması

Zəngin potensialdan istifadə olunması üçün zəruri infrastruktur qurulmalıdır ki, Azərbaycan bu vacib məsələnin həllində xarici şirkətlərlə əməkdaşlığa böyük önəm verir. Respublikamız xarici investorlarla əməkdaşlıq çərçivəsində mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etməyi hədəfləyib. Artıq Azərbaycanın bu sahədə dost ölkə olan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə sıx əməkdaşlığı formalaşıb. Xatırladaq ki, cari il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə “Masdar” şirkəti tərəfindən inşa olunan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutub. Açılış mərasiminə Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd naziri, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini qatılıb . İstifadəyə verilən infrastruktur obyektinin texniki parametrləri kifayət qədər genişdir. Belə ki, Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Gələcəkdə “Masdar” şirkəti ilə əməkdaşlıq daha da genişlənəcək. Ötən ay Azərbaycanın müvafiq qurumları ilə şirkət arasında yeni sənədlər imzalanıb. Həmin sənədlərə əsasən “Masdar” respublikamızın Neftçala və Biləsuvar rayonlarında da oxşar layihələr reallaşdıracaq.

Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi

Dördlü platformada birləşən ölkələr təxminən bir il əvvəl vahid mövqedən çıxış edərək yaşıl enerji dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqləyiblər. Bu layihə Azərbaycanın yaşıl enerjinin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Dəhlizlə 4 QVt həcmində yaşıl enerjinin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. Bəhs olunan tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycanda bərpa olunan enerji potensialının reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafının cari vəziyyətindən bəhs edib. Nazir bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin yaşıl enerji potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyətini vurğulayıb.

İclasda dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün tenderin keçirilməsi müsbət qiymətləndirilib və prosesin tamamlanmasından sonra texniki-iqtisadi əsaslandırmaya dərhal başlamaq niyyəti ifadə olunub. Birgə müəssisənin tezliklə yaradılmasının vacibliyi vurğulanaraq bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə 4 ölkənin ötürücü sistem operatorlarının dekabrda Bakıda görüşünün keçirilməsi, həmçinin Bolqarıstanın layihəyə qoşulması ilə bağlı proseslərə başlanması barədə razılıq əldə olunub.

Gələcəkdə dördlü yaşıl enerji platformasının genişlənməsi də tam realdır. Bolqarıstanla yanaşı, Mərkəzi Asiya ölkələri də bəhs olunan layihəyə böyük maraq göstərirlər. Məlumatda vurğulandığı kimi, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında cari ilin noyabrında Bakıda keçirilmiş görüş və Mərkəzi Asiya ölkələrinin Yaşıl Enerji Dəhlizi vasitəsilə Avropa ilə yaşıl enerji mübadiləsi aparmaq niyyəti müsbət qarşılanıb.

İclasın yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin iclas çərçivəsində “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və bu istiqamətdə yaşıl enerji platformasının yaradılması razılaşdırılıb.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31