Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik
29.11.2023 [10:28]
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olub. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.
Azərbaycan xalqının Ümummilli Lideri və dövlət xadimi Heydər Əliyev ömrünün 34 illik siyasi fəaliyyəti ilə Azərbaycan salnaməsini yaşatmışdır. Bütün həyatını xalqının, millətinin inkişafına, parlaq gələcəyinə sərf edən bu müdrik insan 34 illik tarixi fəaliyyəti ilə xalqımızı uçurumdan, dövlətimizi dağılmaqdan, parçalanmaq təhlükəsindən xilas etdi. Sanki həyatını gilə-gilə əridən, dağdan ağır dərdimizi çiyinlərində daşımaqdan yorulmayan bu dahi insan özünə əbədi olaraq millət atası, xalqın xilaskarı adını qazandırdı. Bu adı ona ağır, məşəqqətli sınaqlardan üzü ağ çıxardığı doğma xalqı verdi. O xalq ki, ən çətin anlarında öz rəhbərinin, öndərinin arxasında durdu, onunla həmrəy, həmfikir olduğunu bildirərək meydanlara axışdı. Qədir bilən xalqımız, bütün dünya azərbaycanlıları, bütün türk dünyası ümummilli rəhbərinə tükənməz el məhəbbətini, el sevgisini Azərbaycan yaşadıqca yaşadacaqdır.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim q çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.
Heydər Əliyev Azərbaycanı əyalət dövləti səviyyəsindən sivil, demokratik, inkişaf etməkdə olan Avropa ölkələri müstəvisinə çıxardı. Bu gün məhz bu dahi şəxsiyyətin sayəsində onun adı Azərbaycanla qoşa çəkilir.
Bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması da dahi rəhbərin fəaliyyətinin Naxçıvan mərhələsinin əsas tərkib hissələrindən biridir.
Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 19 ilə yaxın dövr ərzində ulu öndər Heydər
Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham
Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi bərpa olundu və bu imkan verdi ki, sülh danışıqları üçün Ermənistan tərəfindən yaradılan maneələr aradan qalxsın.
15 oktyabr 2023-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümündə Xankəndində Azərbaycan Respublikasının üçrəngli bayrağını qaldırması 33 illik həsrətdən sonra Qarabağ probleminin birdəfəlik həll olunması xalqımız üçün böyük qururdur və bu qürur hissini bizə yaşatdığı üçün Prezidentimizə minnətdarıq.
Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.
Öz varlığında böyük yaradıcı potensialı yaşadan bugünki gənclik Heydər Əliyev ideyalarını, mənəvi irsinin daşıyıcısı olan İlham Əliyev kimi Azərbaycanın siyasi həyatına təfəkkür və əmək tərzi ilə qədəm qoyan bir liderin ətrafında getdikcə daha sıx birləşir.
Çünki bu gün ictimai rəy Heydər Əliyevin bizlərə yadigar qoyduğu uğurlu və real siyasi nəticələrdən biri kimi İlham
Əliyev faktoru və bu faktorun ictimai-siyasi əhəmiyyəti cəmiyyət tərəfindən yüksək səviyyədə qiymətləndirilir. Bütün mənalı həyatını öz xalqına həsr etmiş ulu öndərimizin zəngin siyasi irsindən xalqımız, ölkəmizin inkişafı, rifahı naminə daim faydalanır.
Hər bir azərbaycanlı Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolunu keçmək, onun vətən qarşısında göstərdiyi xidmətlərində, onun kimi yaşamaq, onun bizə miras qoyduğu müstəqil Azərbaycan uğrunda xidmət göstərmək arzusundadır.
Bu gün hər birimiz öz işimizi ümummilli liderimiz Heydər Əliyevin qarşımızda qoyduğu müqəddəs vəzifə- Azərbaycanın dövlət müstəqilliyi və milli azadlığını qorumaq və gələcək nəsillərə ötürmək istiqamətində qurmalı, vətənə, xalqa sadiqlik təcəssümü göstərməliyik.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir, müstəqil Azərbaycan dövlətidir.
Heydər Əliyev itkisi Qafqazın, regionun, türk dünyasının itkisidir. Biz inanırıq ki, bu dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı naminə qurub yaratdıqları nəinki bu gün, hətta gələcək nəsillər tərəfindən də daimi olaraq xalqın ictimai şüurunda Heydər Əliyevin yaradıcı təfəkkürü və əmək tərzi kimi qalacaqdır.
Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.
Mübariz Nuriyev
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

