Sülh yolu ilə həll!
13.12.2023 [11:10]
Beynəlxalq Ədalət Məhkəməsinin yaranmasından 103 il ötür...
Yeganə BAYRAMOVA
Dünyada hegemonluğu ələ keçirmək istəyən qüdrətli dövlətlərin iddiaları bitib tükənmək bilmir. Elə buna görə də keçən əsrdə baş verən iki dünya müharibəsi bəşəriyyətə çox böyük itkilər hesabına başa gəldi. Nəticədə beynəlxalq miqyasda sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, beynəlxalq mübahisələrin və münaqişələrin dinc vasitələrlə və ədalətlə nizama salınmasını təmin etmək üçün beynəlxalq bir təşkilatın yaradılmasına böyük zərurət var idi.
Daimi Beynəlxalq Ədalət Məhkəməsi
Bu gün Daimi Beynəlxalq Ədalət Məhkəməsinin (DBƏM) yaranmasından 103 il ötür. Mübahisələrin sülh yolu ilə həlli üçün nəzərdə tutulmuş ilk beynəlxalq məhkəmə orqanı Millətlər Birliyinin himayəsində 1920-ci ildə yaradılan Daimi Beynəlxalq Ədalət Məhkəməsi idi. Palata Millətlər Birliyi tərəfindən yaradılıb və maliyyələşdirilib. Bununla birlikdə Palata Liqanın bir hissəsi deyildi. Liqaya üzv olan bir dövlət avtomatik olaraq DBƏM nizamnaməsinə tərəf çevrilməmişdi. Digər tərəfdən, bu müqavilələrlə əlaqəli mübahisələrdə PPMP-nin yurisdiksiyasını təmin edən bir neçə yüz müqavilə imzalanmışdı.
Beynəlxalq Ədalət Məhkəməsinin yaradılması
1922-1940-cı illər arasında DBƏM 29 dövlət mübahisəsinə qərar vermiş və demək olar ki, hamısı həyata keçirilmiş 27 məsləhət rəyi vermişdi. Palata beynəlxalq hüququn inkişafına da böyük töhfə verib. Fəaliyyəti İkinci Dünya Müharibəsi ilə kəsildi və daha sonra 1946-cı ildə Millətlər Birliyi ilə birlikdə Palata ləğv edildi. Palatanın yerinə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi gəlir.
Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır. Onun qərargahı Niderlandın Haaqa şəhərindəki Sülh Sarayındadır. Məhkəmənin iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir. Beynəlxalq Məhkəmə tərəfindən qəbul edilən qərarların sayı nisbətən az idi, lakin 1980-ci ildən başlayaraq, xüsusən də inkişaf etməkdə olan ölkələr arasında Məhkəmədən istifadə etmək istəyi açıq şəkildə ortaya çıxmışdı.
Beynəlxalq Məhkəmə vətəndaşlıqlarından asılı olmayaraq yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslərdən seçilmiş və müstəqil hakimlər kollegiyasını təşkil edən on beş nəfərdən ibarətdir. Beynəlxalq Məhkəmənin hakimləri əsasən
BMT-nin üzv dövlətlər arasından seçilir. BMT-in Baş Assambleyası və BMT-nin Təhlükəsizlik Şurası 15 hakimi ayrı-ayrılıqda müstəqil şəkildə seçir. Hakimliyə namizədlər həm Baş Assambleyada, həm də Təhlükəsizlik şurasında birgə topladıqları səs sayına görə seçilirlər. Əgər bir dövlətin bir neçə namizədi çox səs toplayıbsa, onların ən yaşlısı hakim seçilir. Hər bir hakim ayrı-ayrı ölkənin vətəndaşı olmalıdır, yəni bir dövləti eyni vaxtda iki hakim təmsil edə bilməz. Seçim zamanı namizədlərin təkcə göstərilən tələblərə uyğunluğu deyil, həm də onların hansı hüquq sistemini təmsil etməsi də nəzərə alınır.
Seçilmiş hakimlər öz hüquqlarından 9 il müddətində istifadə edə bilərlər. Yəni hakimlər 9 illiyinə seçilirlər. Hakimlərin 9 illik seçilməyinə baxmayaraq, seçkilər hər üç ildə bir keçirilir və hər seçkidə 5 köhnə hakimi yeniləri əvəz edir. Statut hakimlərə yenidən seçilmək hüququ da verir. Seçilən hər bir hakim diplomatik toxunulmazlığa malik olur və elmi, pedeqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir işlə məşğul ola bilməzlər.
Azərbaycanın lehinə qərarlar...
Qeyd edək ki, son zamanlar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın ölkəmizə qarşı olan əsassız iddialarını rədd edib. Bəlli olduğu kimi, ermənilər və havadarlarından başqa heç bir təşkilat, yaxud dövlət Qarabağda yaşayan ermənilər üçün hansısa bir problem yaşandığını ortaya qoya bilməyib. Rəsmi Bakı bununla bağlı dəfələrlə müxtəlif kadrlar, o cümlədən video görüntülər təqdim edib.
Xatırladaq ki, 7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.
Cari il aprelin 21-də isə Azərbaycan tərəfi “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında”“ Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib. Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb.
Beynəlxalq Ədalət Məhkəməsi həmçinin 2023-cü il noyabrın 17-də Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib. Məhkəmə öz qərarında Azərbaycanın Qarabağ üzərində suverenliyini və ərazi bütövlüyünü təsdiqləyib, Azərbaycanın hərbi və hüquq-mühafizə orqanlarının Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız və gülünc tələbini rədd edib. Həmçinin qərara əsasən, Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasəti qəbul edilib. Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə Azərbaycanın öhdəliyini əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

