Ermənistana son xəbərdarlıqlar
16.12.2023 [16:47]
Rusiyanın səbir kasası daşmaq üzrədir
Günel ABBAS
Ötən günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini şərh edib.
O bildirib ki, İrəvanda bəzi siyasətçilər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına köməklə bağlı Rusiyanın səylərinə narazılıqlarını bildirir, 2020-2022-ci illərdə əldə edilmiş yüksək səviyyəli üçtərəfli bəyanatların “qeyri-səmərəliliyi” haqqında mühakimə aparırlar.
M.Zaxarova qeyd edir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 (10) noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, 2022-ci il 31 oktyabr tarixli bəyanatlarından ibarət olan üçtərəfli razılaşmalar kompleksi Bakı və İrəvanın barışığının alternativsiz “yol xəritəsi”dir. “Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin olmaması səbəbindən bu mühüm sənədləri etibarsız hesab etməyi həddən artıq təhlükəli sayırıq. Bu çağırışları Qərbin saxta vasitəçilərinin köməyi ilə dayandırmaq alınmayacaq. Rusiyadan fərqli olaraq, ABŞ və Avropa İttifaqı Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə səy göstərmirlər”, - deyə Rusiya XİN-in təmsilçisi diqqətə çatdırıb.
Şərhdə vurğulanır ki, Moskva tərəfləri üçtərəfli bəyanatların icrasına dönməyə çağırır. Rusiya tərəfi aktuallığı və faydalılığı artıq dəfələrlə sübuta yetirilmiş bütün zəruri köməyi göstərməyə hazırdır.
Mövzunu şərh edən politoloq Ramiz Alıyev yeniazerbaycan.com-a açıqlamasında bildirib ki, Ermənistanın üçtərəfli bəyanatdan geri çəkilməyi gələcəkdə böyük bir təhlükələrə gətirib çıxaracaq: “Biz bunu 2020-ci ilin 10 noyabr razılaşmasından sonra dəfələrlə bildirmişik ki, Ermənistan həmin bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və həm Azərbaycan tərəfini, həm də o bəyanata vasitəçi tərəf olaraq imza atan Rusiya liderini, eyni zamanda dünyanı aldatmağa cəhd göstərir. Ancaq təəssüflər olsun ki, nə Rusiya, nə digər Qərb dövlətləri və digər qonşu dövlətlər bu məsələnin ciddiyyətini qəbul etmirdilər. Onlar vaxtında Paşinyanın imza atdığı bəyanata hörmətlə yanaşaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etmirdilər. Bu, əlbəttə ki, yeni problemlərin ortaya çıxmasına rəvac verdi. M.Zaxarova elə bir bəyanat verməklə əslində özlərinin də günahkar olduğunu bildirməlidir. Çünki bu məsələdə Rusiya həmin zamanlarda Ermənistana lazımi formada təzyiqlər göstərmədi. Yəni bunu biz açıq deməliyik. Çünki Ermənistana lazımi formada təzyiqlər göstərilsəydi, bu gün Ermənistan öhdəliklərin hamısını lazımınca və vaxtında yerinə yetirərdi.
İndi isə Ermənistan Rusiyadan uzaqlaşmağa başlayıb və buna cəhd edir. Belə olan halda Qərbdən müəyyən dəstəkləri də alır. Qərb dövlətləri və xüsusən də Fransa Ermənistanı aldadaraq yeni təxribatlara sövq edir. Ermənistan da elə düşünür ki, qonşu dövlətlərlə onun arasında problemlər yarananda və ya Ermənistan müharibə şəraitinə düşəndə ya Fransa, ya da başqa Qərb dövlətlərindən kimlərsə gəlib
kömək edəcək. Ancaq bunu hər kəs yaxşı bilir ki, elə bir məsələ mümkün deyil. Ermənistan təxribat törədəcəyi təqdirdə həm dövlət, həm də Ermənistanın hazırkı hakimiyyəti məsuliyyət daşıyır və onlar lazımi cavablarını alacaqlar. Hesab edirəm ki, Ermənistanın ən böyük problemlərindən biri hazırda Rusiya ilə münasibətləri korlaması və Rusiyanın da imza atdığı bəyanatdan geri çəkilərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Bu, Ermənistan üçün çox təəssüfləndiricidir və təhlükəlidir. Ona görə də Ermənistan vaxtında bunu anlamalıdır və vasitəçinin imzasına hörmətlə yanaşmalıdır”.
Onun sözlərinə görə, Ermənistan hazırda başqa bir ampuladan çıxış edir və ona görə də yeni problemlərin ortaya çıxmağı yaxındır: “Fikrimcə, Rusiya ilə Ermənistan arasında yeni problemlər ortaya çıxacaq. Rusiya-Ukrayna müharibəsində Ukraynanın hansı vəziyyətə düşdüyünün də biz şahidiyik. Ancaq Ermənistan yəqin bunu anlamır, anlamadığı üçün də yeni problemlərlə qarşı-qarşıya olacaq. Hesab edirəm ki, Rusiya Ermənistanın bu şıltaqlığından artıq cana doyub. Bütün səbrin bir həddi olduğu olduğu kimi, Rusiyanın da Ermənistanla bağlı olan səbr kasası daşmaq üzrədir. Ona görə də Rusiya rəsmilərinin bu cür bəyanat verməsi onu bir daha göstərir ki, artıq Rusiya da Ermənistana xəbərdarlıq etməkdən yorulub.
Rusiya çox yaxşı bilir ki, Ermənistan özünü Azərbaycanla yeni müharibə şəraitinə gətirsə və ya təxribatlar nəticəsində buna yol açsa, Ermənistan üçün heç də yaxşı olmayacaq. Rusiyanın özü ilə problemləri olan bir ölkənin Rusiyadan kömək istəməsi də mümkünsüz olacaq. Ona görə də Rusiya son ana qədər Ermənistana xəbərdarlıq edərək, bu yoldan çəkilməsini və uzaq olmasını, üzərinə götürdüyü öhdəlikləri yerinə vaxtında yerinə yetirməsini tələb edir. Ancaq bunu vaxtında eləsə daha yaxşı olardı. Çünki bu artıq gecikmiş bir qatardır.”, - deyə R.Alıyev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52

