Gurultu ilə qurultay arasında fərqi duymayanlar... TƏHLİL
18.12.2023 [18:31]
Dekabrın 16-da AXCP-nin növbəti “gurultayı” baş verdi. Tədbir partiya rəhbərinin sosial şəbəkələrdəki səhifələrində canlı yayımlanırdı. Əslində, “partiyanın növbəti qurultayı” adlandırdıqları bu tədbirdə peşəkar siyasətlə bağlı heç nə yox idi və bu yığıncaq analitika baxımından heç bir maraq yarada bilməzdi. Qeyd etdiyimiz kimi, bu “gurultay” daha çox “ehtiraslı” bəyanatlar şousuna bənzəyirdi. Bir qədər sonra nümayiş olunmuş şou ilə əlaqədar bəzi məqamları qeyd edərik. Öncə isə digər heç də daha az maraqlı olmayan iki məsələyə diqqət yetirək. Bu psevdopatriot şivənlərin ötən illər ərzində ən sevimli mahnısının adı: “bizə tədbir keçirməyə imkan vermirlər”. Təbii olaraq, burada sual yarana bilər: “imkan yaradılmırsa bəs bu “gurultay”lar necə keçirilir?
Bu fikirlər politoloq A.Adilin “Gurultu ilə qurultay arasında fərqi duymayanlar...” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Tədbir həm partiyanın, həm də partiya lideri hesab olunan Əli Kərimlinin sosial şəbəkə səhifəsində canlı yayımlanırdı. Bəs biz hər zaman bu bəla-siyasətçilərdən eşidirik ki, guya “Azərbaycanda senzura var və internetdə fəallıq üçün məhdudiyyətlər yaradılır”. Razılaşın ki, onların dedikləri ilə bizim gördüklərimiz heç uzlaşmır. Bu, necə məhdudiyyətdir ki, Əli Kərimli və onun bayraq tutanları ifrat fikirlərini çox rahat şəkildə səsləndirir və hətta təxribatlarla da məşğul olurlar?
Mövcud konteksti inkişaf etdirərək daha bir maraqlı məqama diqqət yetirək. Tədbir zamanı internetlə bağlı heç bir məhdudiyyət yox idi və bu “gurultay” tam şəkildə yayımlanmışdı. Əminəm, heç kəsdə şübhə belə yarana bilməz ki, əgər süni mane yaratmaq istəyi olsa idi, bütün internet xətlərində qısaqapanmalar baş verərdi. Bu, olduqca bəsit təcrübədir, hətta məşhur müğənnilər belə öz konsertlərinin internet üzərindən canlı yayımlanmasının qarşısını alırlar. Yenə də qəribə sual yaranır: “Bəs Əli Kərimlinin daim vurğuladığı “mənim internetə çıxışım yoxdur” fikri nə dərəcədə doğrudur?”. İki kiçik epizod radikalların qərəzini bütün çılpaqlığı ilə ifşa edir. Elə buna görə də bu bəlalı siyasətçiləri xalqımız haqlı olaraq “qaragüruh” adlandırıb. Bu “dəstəcik” seçkilərdə iştirak etmiş olsa idi, yəqin ki, onların əsas siyasi şüarı “Qərəzlə, şivənlə 80-ci illərə irəli” olardı...
Otuz ildən sonra AXCP nəhayət ki, öz proqramını hazırlayıb, ən azından qeyd olunan toplantıda bu fikir səsləndirilmişdir. Hətta proqramı ictimailəşdirmək niyyətində olduqlarını bəyan ediblər. Ümid edirik ki, partiya öz proqramını cəmiyyətə təqdim edəcək. Axı onlar “əsl demokratlardır”. Yeri gəlmişkən, burada xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının proqramı daim əlçatan olub və onun mətni ilə hər kəs sərbəst şəkildə tanış ola bilər. Sadəcə kontekst çərçivəsində iqtidarın daha bir demokratik təşəbbüsünü xatırladaq. Belə ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bir neçə dəfə ictimailəşdirilmiş və hətta layihənin Milli Məclisdə açıq müzakirələri də təşkil olunmuşdu. Görəsən, ölkənin demokratik ənənələrini artıran iqtidarın qeyd etdiyimiz təşəbbüsləridir, yoxsa radikalların cəmiyyətdə nifrət toxumlarının səpmək istəyidir?
“Ehtiraslı bəyanatlar” şousu olan AXCP-nin sözügedən “gurultayı”, eyni zamanda, klassik radikal ritorikanın təcəssümüdür. Burada qənaətlərin obyektivliyi naminə mütləq olaraq radikal ritorikanı səciyyələndirən əsas xarakteristikaları yada salaq: emosional gərginliyi yarada biləcək isterika, ifratçılıq, ümidsizlik, cəmiyyəti parçalamağa xidmət edən çağırışlar, küçələrdə iğtişaşların təbliği, bədbinlik və s. Gördüyünüz kimi, bu cür ritorika sadəcə ictimai nikbinliyi pozmur, bu ritorika rasional düşüncəni iflic edir və ictimai münasibətlərdə emosional gərginliyin yaradılmasına “kömək” göstərir.
Mütləq şəkildə unutmayaq ki, “boykot” texnologiyanın strateji hədəfi digər məsələlərlə yanaşı, əhalinin ictimai şüurunda seçki ilə bağlı yanlış stereotiplərin formalaşdırılmasıdır. Heç də uzaq olmayan tarixi xatırladaq. “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq, cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin ictimai dəstəklə bağlı bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçiblər. Odur ki, həqiqətləri görməyi bacaraq və emosional manipulyasiyalara uymayaq. “Kirli” siyasi texnologiyalarının ifşasına davam...
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

