“Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib
27.12.2023 [17:45]
Dekabrın 27-də Bakı Kitab Mərkəzində “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kitabın məsləhətçisi, Milli Məclisin deputatı Elnur Allahverdiyev “Heydər Əliyev ili” çərçivəsində hazırlanan nəşrin əhəmiyyəti haqqında fikrilərini söyləyib. Kitabda Ümummilli Liderin sovet Azərbaycanına və müstəqil Azərbaycana rəhbərliyi dövründə, eləcə də SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini və Naxçıvan Ali Məcisinin sədri kimi fəaliyyət göstərdiyi illərdə həyata keçirdiyi işlər haqqında 100 maraqlı faktın toplandığını diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndər həyatının bütün məqamlarında atdığı hər bir addımda Azərbaycan xalqının rifahını, doğma Vətəninin maraqlarını düşünüb.
Kitabın məsləhətçisi, Milli Məclisin deputatı Soltan Məmmədov ulu öndərin Azərbaycan tarixində müstəsna yeri olan bir dövlət xadimi kimi yaddaşlarda hər zaman yaşayacağını bildirib. Qeyd edib ki, məhz Ümummilli Liderin müdrikliyi, qətiyyəti, uzaqgörənliyi sayəsində ötən əsrin 70-ci illərində Qarabağın Azərbaycandan qoparılmasının qarşısını almaq mümkün olub. Deputat vurğulayıb ki, bu gün Azərbaycanın qazandığı uğurların əsasında Heydər Əliyevin siyasəti və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik addımları dayanır.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ulu öndərin siyasi irsinin hər zaman elmi tədqiqatlar üçün zəngin mənbə olduğunu vurğulayıb. Ümummilli liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri barədə faktların ictimaiyyətə çatdırılması istiqamətində təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin ideyalarını müvəffəqiyyətlə həyata keçirdiyini və ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş güclü dövlət kimi yeni inkişaf mərhələsinə çıxdığını diqqətə çatdırıb.
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ümummilli liderin fəaliyyətini əks etdirən kitabların ictimaiyyət tərəfindən maraqla qarşılandığını vurğulayıb. Kitabda əksini tapmış faktların ulu öndərin çoxşaxəli fəaliyyəti haqqında mühüm məqamları əks etdiridiyini bildirib.
Milli Məclisin deputatı Etibar Əliyev Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dövrlərdə, habelə Sovet İttifaqında məsul vəzifə tutduğu və Naxçıvanda fəaliyyətdə olduğu illərdə Azərbaycan xalqının böyük dəstəyinə arxalanaraq, gərgin mübarizə nəticəsində dövlət müstəqilliyinin əbədi, daimi və dönməz olması üçün müstəsna xidmətlər göstərdiyini qeyd edib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Ümummilli liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin müxtəlif aspektlərdən araşdırılması ilə bağlı təşəbbüslərin vacib əhəmiyyətə malik olduğunu vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi kitabın məziyyətləri haqqında danışıb. Ümummilli Liderin fəaliyyətinin hər bir gününün, siyasi fəaliyyəti dövründə qəbul etdiyi qərarların Azərbaycan xalqının xoşbəxt gələcəyinə xidmət etdiyini bildirib.
Kitabın elmi redaktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Yəhya Babanlı nəşrin məzmunu, strukturu haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Heydər Əliyev. 100 faktın tarixi” kitabında Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycan Respublikasının qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alıb. Nəşrdə Ümummilli Liderin müsahibələri, çıxışları və bəyanatları, eləcə də səfərləri və müxtəlif görüşləri barədə maraqlı məlumatlar əks etdirilib.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitabın İdeya müəllifləri və məsləhətçiləri Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovdur.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

