Dünya arxitekturasının nadir incisi
29.12.2023 [10:15]
Heydər Əliyev Mərkəzinin yaradılmasından 17 il ötür
Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınıb. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir. Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində Vətəninin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının, onların arzu və istəklərini gerçəkləşdirmək əzminin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərir.
Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli Sərəncamı ilə yaradılıb. 10 may 2012-ci ildə mərkəzin təntənəli açılış mərasimi olub və bu hadisə Heydər Əliyevin 89-cu doğum gününə təsadüf edib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva da iştirak ediblər.
Mərkəzin yaradılması haqqında təkliflər hələ sərəncam verilməmişdən əvvəl irəli sürülürdü. O vaxt belə bir fikir yarandı ki, Bakıda çoxfunksiyalı gözəl memarlıq abidəsi olan mərkəz yaradılsın. Mərkəzə Ulu Öndərin adı verilsin. Mərkəzin yaradılması zamanı əsas məsələ memarlıq tərəfi idi. Bu məqsədlə dünya şöhrətli memar Zaha Hadid öz təkliflərini irəli sürmüşdü. Dərhal onun təklifləri təhlil edilməyə başlandı və qərar qəbul edildi ki, Heydər Əliyev Mərkəzi məhz bu layihə əsasında yaradılmalıdır. Çünki bu, dünyada analoqu olmayan, müasirliyi özündə təcəssüm etdirən çoxfunksiyalı bir binadır. Binanın xarici görünüşü müxtəlif fərziyyələr irəli sürməyə imkan verir. Bəziləri bu mərkəzi dalğaya, bəziləri küləyə bənzədirlər. Bu, təbiidir, hər bir insanın öz fantaziyaları əsasında fikirləri yarana bilər. Hər halda bu bina həm memarlıq baxımından, həm funksional baxımdan nadir binadır.
Kompleksin ərazisi 15,93 hektardır. Kompleksin layihəsində demək olar ki, düz xətlərdən istifadə edilməmişdir. Bina özü dalğavari quruluşa malik olmaqla yerlə təmas edərək düzgün və harmonik görüntü formalaşdırır. Belə bir memarlıq quruluşu postmodernist memarlığı təmsil etməklə, eyni zamanda, davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın xətləri sanki keçmişlə gələcəyin birləşməsini simvolizə edir.
Mərkəzin binasının daxili və xarici dizaynı arasında həmahənglik və qarşılıqlı əlaqə bu məkanı daxilən də hamıya yaxınlaşdırır. Çünki Mərkəz yaşından, irqindən, dinindən, cinsindən asılı olmayaraq hər kəsi öz ideyaları ətrafında birləşdirməyi qarşıya məqsəd qoyub.
Binanın auditoriumu
Binanın inşası zamanı, ümumi uzunluğu 90 km olan dəmir konstruksiyalar şəbəkəsindən istifadə edilmişdir. Dam örtüyünün quraşdırılması zamanı, ümumi sahəsi 4 ha olan və 12027 ədəd xüsusi tərkibli müxtəlif ölçülü və üçbucaq, düzbucaqlı, trapesiya, paraleloqram həndəsi formalı panellərdən istifadə olunub.
Mərkəzin inşasında istifadə olunmuş ağ rəng parlaq gələcəyin simvolu olmaqla, həm də memarlıq detallarının seçilməsi məqsədini güdür. Ağ rəng sayəsində bina üzərinə düşən işıq şüaları əks olunaraq onu tamamilə əhatə edir və binanın qabarıq hissələrini bir qədər artıq vurğulayır.
Əsas binadan başqa kompleksə yeraltı avtomobil dayanacağı və 13,58 ha əraziyə malik park da daxildir. Binanın zirvəsi 74.1 metrdir. Kompleksin ərazisində 2 dekorativ hovuz və süni göl var.
Mərkəzin məqsədi
Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər
Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi, həmçinin digər ölkələrin analoji qurumları, araşdırma mərkəzləri ilə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, ekologiya kimi müxtəlif sahələrdə birgə layihələr həyata keçirir.
Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və “Auditorium”. Binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dörd mərtəbəli “Auditorium” hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir. Binada həmçinin təbii ağaclar və bitkilərdən təşkil olunmuş landşaft ərazisi də formalaşdırılıb. Binanın tərkibində müxtəlif interaktiv məlumat köşkləri vardır ki, burada mərkəzə gələn ziyarətçilər burada keçirilən tədbirlər və sərgilər haqqında məlumat əldə edə bilərlər.
AYAN
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

