Ombudsmandan ABŞ-a etiraz
10.01.2024 [10:15]
“Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik”
N. BAYRAMLI
Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi xarakterizə olunur. Tarixən müxtəlif dinlərin və millətlərin birgə yaşadığı Azərbaycanda istər dini, istərsə də milli-etnik dözümlülük yüksək səviyyədə olub. Multikulturalizmi öz həyat tərzinə çevirən Azərbaycanda ənənəvi dini ritualların həyata keçirilməsi istiqamətində heç bir problem yoxdur. Ən əsası isə insanların din, vicdan azadlığı ölkə Konstitusiyası ilə tənzimlənir. Eyni zamanda, Azərbaycan dini icmalara hər cür kömək, o cümlədən maddi dəstək verən azsaylı dövlətlərdəndir. Təbii ki, qeyri-insani və ya radikalizmə söykənən, ölkə qanunvericiliyinə zidd fəaliyyət göstərən istənilən təşkilatın, o cümlədən dini qrupların fəaliyyəti haqlı olaraq məhdudlaşdırılır, onlara qarşı hüquqi çərçivədə tədbirlər görülür.
Bütün bunların fonunda ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatında ölkəmizə qarşı qərəzli mövqeyi qəbuledilməzdir. Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyətinə dair hesabatına münasibət bildirib. Ombudsman qeyd edib ki, Azərbaycanda tarixən müxtəlif dinlərə mənsub şəxslər sülh və mehribanlıq şəraitində yaşayıblar. Son dövrlərdə isə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsində həyata keçirilməyə başlanmış və ölkəmizdə dinlərarası dialoqu təşviq edən bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Təsadüfi deyil ki, Azərbaycan dünyada dini baxımdan ən tolerant ölkələr siyahısında yer alan, multikulturalizm və dinlərarası dialoqun nümunəvi modelinin formalaşdığı, antisemitizm, dini ayrı-seçkilik kimi halların olmadığı dövlətlərdəndir. Ölkəmizdə inanclı insanların ibadət məkanları kimi məscidlərlə yanaşı, katolik və pravoslav kilsələri, o cümlədən erməni kilsəsi, yəhudi sinaqoqları fəaliyyət göstərməkdədir. İnsanların dini inanclarını sərbəst şəkildə həyata keçirmələrinə şərait yaradılması, vicdan azadlığı hüququnun yüksək səviyyədə təmin edilməsi, eləcə də fəaliyyət dövrü ərzində Ombudsmana bu məsələ ilə əlaqədar şikayətlərin, demək olar ki, olmaması da bu faktın bariz göstəricilərindəndir. Bu baxımdan, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatda Azərbaycanın adının dini etiqad azadlığının pozulduğu ölkələr sırasında qeyd edilməsini qərəzli hesab edirik.
Vurğulanıb ki, həmin hesabatda ölkəmizlə bağlı yer almış məlumatların heç bir əsasının olmadığını bir daha bəyan edir, bu cür sənədlərin hazırlanması zamanı ikili standartlara yol vermədən məsuliyyətli, reallığı əks etdirən və faktlara əsaslanan təhlillərin aparılmasını vacib hesab edirik: “Bununla yanaşı, hesabatda qeyd olunanların əksinə olaraq, məhz Azərbaycanın uzun illər ərzində Ermənistanın işğal, etnik təmizləmə siyasətindən əziyyət çəkdiyini, 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarda, habelə hazırda Ermənistan ərazisində xalqımıza məxsus dini-tarixi abidələrin, o cümlədən məscidlərin, ibadət yerlərinin kütləvi şəkildə məhv edildiyini, dini abidələrin saxtalaşdırıldığını, azərbaycanlılara məxsus çoxsaylı qəbiristanlıqların dağıdıldığını və təhqir edildiyini bu sənədi tərtib edənlərin diqqətinə bir daha çatdırmaq istərdik. Sadalanan faktlar ABŞ Dövlət Departamentinin hazırladığı hesabatın arxasında dünya ictimaiyyətində ölkəmiz barədə mənfi rəy yaratmağa yönəlmiş qərəzli siyasətin dayandığını deməyə əsas verir”. “Azərbaycan Ombudsman təsisatı dinindən, dilindən, irqindən və digər əlamətlərindən asılı olmayaraq, hər kəsə bərabər imkanların təmin edilməsini daim diqqətdə saxlayır. Eyni zamanda, fəaliyyətimizi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində öz əksini tapmış “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq, ölkədə mövcud olan sabitliyin, multikultural və tolerant mühitin, yerli xalqlar arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi naminə hər kəsin səylərini birləşdirməsi konsepsiyası əsasında qururuq. Azərbaycan Ombudsmanı olaraq bir daha vurğulamaq istəyirəm ki, ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən bu cür əsassız və qərəzli hesabat və bəyanatların yayımlanması qəbuledilməzdir”, - deyə S.Əliyeva qeyd edib.
Məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərinə vurulan zərərə və dağıntılara, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidələr, məscid, ziyarətgah talan edilib, qəbiristanlıqlarımız vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb, torpaqlarımız minalanmış sahəyə çevrilib. Necə olur ki, özünü azadlıq və demokratiya carçısı kimi təqdim edən ABŞ heç vaxt bu hərəkətlərdən narahatlıq ifadə etməyib. Ermənilərin işğal zamanı törətdikləri vandallıqlara heç nə haqq qazandıra bilməz. Ona görə də, yaxşı olardı ki, ABŞ Dövlət Departamenti obyektivlik nümayiş etdirərək Ermənistanın Azərbaycan xalqının dini irsinə qarşı törətdiyi cinayətləri də öz hesabatlarına daxil etsin.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

