Xanım “siyasətçi”yə xatırlatma...
11.01.2024 [10:45]
Gültəkin Hacıbəyli keçdiyi yola nəzər salsa, yetər
MÜBARİZ
İnsanlar xarakter etibarı ilə müxtəlif qruplara bölünürlər. Hətta elə insanlar var ki, özlərini danırlar və keçmişlərini tamam yaddan çxarırlar. Qondarma “Milli şura”da Əli Kərimli, Cəmil Həsənov kimi siyasətbazlara çiyindaşlıq edən Gültəkin Hacıbəylini də bu qəbildən olanlar sırasına aid etmək mümkündür. Son dönəmlərdə özünü siyasətçi qismində təsdiqləmək üçün müxtəlif səpkili çabalamalar ortaya qoyan G.Hacıbəylinin fəaliyyətində əslində siyasətdən əsər-əlamət yoxdur. Onun “siyasi fəaliyyəti” sosial şəbəkə hesablarında keçmiş əyyamlarının xiffətini çəkməkdən, sözün əsl mənasında əvvəli və sonu bilinməyən macəra serialına çevrilən ailə münaqişəsinin təfərrüatlarına varmaqdan və təbii ki, keçmiş həyat yoldaşını ağ yuyub qara sərməkdən, onunla mal-mülk davaları açmasını, zamanında ona aid olduğunu iddia etdiyi Goranboydakı daş karxanası ilə bağlı məhkəmə iddiaları qaldırmasını yada salmaqdan uzağa getmir.
Gültəkin Hacıbəylinin sevimli “siyasi” məşğuliyyətləri sırasında yeri gəldi-gəlmədi Azərbaycan hakimiyyətinin ünvanına hədyanlar söyləməsi də yer alır. Bu barədə daha ətraflı bəhs etmək istərdik. O, son sosial şəbəkə hesabında bir qədər də irəli gedərək hakim Yeni Azərbaycan Partiyasının (YAP) ideologi xəttində türkçülüyün və azərbaycançılığın önə çəkildiyinə istehzalı münasibət ifadə edib. Guya xanım “siyasətçi” bunu heç təsəvvürünə belə sığışdıra bilmir.
Gültəkin Hacıbəylinin “siyasi fəaliyyətinin” qısa xronikasına nəzər saldıq. Bu xronikada yalnız qalmaqallar, intriqalar, ikrah doğuran digər mənfi məqamlar yar alır. Düşüncəsində, ruhunda belə qaragüruh gəzdirən birisinin xoş niyyəti özünə yaxın buraxması, doğrudan da, ağlabatan görünmür. Həqiqətən, kiminsə fikirləri zəhərlidirsə, mənfiliklərə köklənibsə, ondan ətrafındakıların, o cümlədən də Yeni Azərbaycan Partiyasının ümummilli mənafe naminə ortaya qoyduğu geniş fəaliyyəti düzgün dəyərləndirməsi qeyri-mümkündür.
Gültəkin Hacıbəylinin ölkə hakimiyyətinin fəaliyyətindən narazılıq jestləri etməsi, yumşaq desək, ikrah doğurur. Ən azından ona görə ki, xanım “siyasətçi”nin özü zamanında indiki hakimiyyətin (YAP iqtidarının - red.) alovlu tərəfdarlarından və təbliğatçılarından olub. Gültəkin Hacıbəyli yaddaşını itirəcək yaşda olan bir qadın deyil. Heç nə yaddan çıxmır. Ən azından indiki nəsil yaxşı xatırlayır ki, parlamentin sabiq üzvü Gültəkin Hacıbəyli bir vaxtlar YAP-ın namizədinin təliğat-təşviqat tədbirlərində məmnuniyyətlə iştirak edirdi. O, tribunalardan YAP-ın Prezident seçkilərində namizədinin vəkili olmaqdan qürur duyduğunu, ümumiyyətlə partiyanın namizədinin geniş məzmunlu fəaliyyətinin göz önündə olduğunu və təbliğata da ehtiyac qalmadığını hamıdan uca səslə dilə gətirirdi. O dövrdə Gültəkin Hacıbəyli həqiqəti söyləyirdi. YAP-ın namizədinin ən yaxşı təbliğatı, doğrudan da, onun gördüyü işlər idi və bu siyasət indi də ardıcıllıqla davam etdirilir. Ölkə siyasətində ardıcıllıq həmişəki kimi yenə də saxlanılır. Görünən odur ki, dəyişən Gültəkin Hacıbəylinin özüdür, onun əqidəsi və fikirləridir. Seçicilərin etimadından kənarda qalan xanım “siyasətçi” indi absurd qisasçılıq hissi ilə yaşayır...
İndi isə gələk Gültəkin Hacıbəylinin azərbaycançılıq və türkçülüyün “təəssübünü” çəkməsinə. Yenə də xanım “siyasətçinin” keçmişini xatırlamaq lazım gəlir. Ona necə türkçü demək olar ki, Türk dünyasının birləşməsi ideyasının aktuallaşdığı, bu istiqamətdə davamlı səylər göstərildiyi və burada Azərbaycan rəhbərliyinin təşəbbüskar qismində çıxış etdiyi, Naxçıvandan başlayan proseslərə davamlı töhfələr verdiyi bir dönəmdə Gültəkin Hacıbəylinin üzv olduğu qondarma “Milli şura” Rusiya prezidentinə məlum məzmunlu məktub ünvanlayıb? Bu təzadı necə dəyərləndirək? Bəs onda Gültəkin Hacıbəylinin “türkçülüyü” hara qeybə çəkilmişdi? Nə üçün onu daxildən silkələyib bu məktubun yazılmasına etiraza sövq etmirdi? Sualların cavabını xanım “siyasətçi”nin vicdanının öhdəsinə buraxırıq. Qoy o öz-özünə qalanda bu barədə təfərrüatı ilə düşünsün...
Ayrıca xatırlatmaq lazımdır ki, YAP İdarə Heyətinin qərarı ilə 2021-ci ildə təsdiq edilmiş proqramda partiyanın ideoloji siyasətinin əsasları - bütün istiqamətləri öz əksini tapıb. Əgər G.Hacıbəyli bir anlıq inkarçılıq psixologiyasından qurtula bilsə və internetdən istifadə etmək imkanına malikdirsə, Yeni Azərbaycan Partiyasının rəsmi saytına daxil olaraq proqramda əksini tapmış ideoloji-siyasi məsələlərlə tanış ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

