Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Güclü şimal-qərb küləyi əsəcək

Güclü şimal-qərb küləyi əsəcək

12.01.2024 [13:09]

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də havanın gün ərzində arabir yağıntılı olacağı, gündüzdən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və gündüz 4°-yə yaxın isti, axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30