Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

05.02.2024 [12:30]

Fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
Baxılıb: 645 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31