“Mühacir” adı ilə maskalanan erməni əlaltıları
17.02.2024 [10:35]
Anti-Azərbaycan kampaniyalarının muzdlu “qulları”...
Anti-azərbaycançı xarici qüvvələrin əlində oyuncağa çevrilmiş, redikül müxalifətlə də işbirliyində olan “xarici mühacir” qrupunun əsl siması Azərbaycan xalqına yaxından tanışdır. Qərbin anti- Azərbaycan mərkəzlərinin sifarişləri və direktivləri əsasında özünə “hərəkət trayektoriyası” cızan bu “sapı özümüzdən olan baltalar” ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer alır, ermənipərəst dairələr tərəfindən onlara həvalə olunan sifarişləri yerinə yetirirlər.
7 fevral prezident seçkilərinin nəticələrinin xalqın iradəsinə əsasən təmin edilməsi də həmin ermənipərəst mərkəzləri yenidən “hərəkətə gətirib”. Məhz erməni lobbisinin təsiri və maddi təminatı altında olan “əlaltı mühacirlər” də ölkəmizə qarşı yalanlar danışır, erməni təbliğatının maraqlarına uyğun fəaliyyət nümayiş etdirirlər.
Amma özünü “demokrat” və başqa epitetlərlə “bəzəyən” belələrinin fəaliyyətləri satqınlıq, xəyanət, xainlik mahiyyəti daşıyır. Hətta maddi maraq ucbatından biri-birini satmağa hazır olan belələri üçün heç bir dövlət marağı və ya ülvi hiss deyilən anlayış yoxur.
Məsələn, son zamanlarda erməni lobbisinin “ən sevimli personası” olmaq üçün dəridən-qabıqdan çıxan Tural Sadıqlının pul üçün öz yaxınlarını belə satmağa hazır olması heç kim üçün sirr deyil. Əslində, bu fakta dəfələrlə rast gəlinib. Məsələn, vaxtilə Müsavat Partiyasında üzv olan Tural Sadıqlı və atası Əlövsət Sadıqlı sonradan onlara mühacir biznesindən daha çox pay təklif edən Əli Kərimlinin “yanında”, daha doğrusu “şirkətində” yer aldı. Həmin dövrdə Ə.Sadıqlı və oğlu Müsavata, partiyanın rəhbərliyinə qarşı hətta ən pis küçə söyüşlərindən istifadə edirdi.
Müəyyən bir müddətdən sonra isə Sadıqlılarla Ə.Kərimlinin də yolları “haçalandı”. T.Sadıqlı küçə leksikonu ilə “şərəfləndirdiyi” Əli Kərimlini dələduz belə adlandırdı. Halbuki Tural Sadıqlı və atası Əli Kərimlinin mühacir biznesində əməlli - başlı maklerlər idilər. Onların qeyri-qanuni və şərikli şəkildə xaricə mühacir daşıması ilə bağlı faktları məhz AXCP üzvləri özləri etiraf etmişdilər.
Amma erməni pulu bu “dostların” da arasını vurdu. Sosial şəbəkələrdə bir-birilərini təhqir edən bu şəxslər ən gizlin məqamları belə açıb danışmağa başladılar.
Bəli, bu məqamlar həmin “mühacir” adı altında gizlənən erməni əlaltılarının kimliyini aşkara çıxarmaq üçün ən real faktlardandır. Xalqın, dövlətin marağını erməni puluna satanların bir-birini satması isə ən təbii qəbul edilməli haldır...
MƏNSUR
Xəbər lenti
Hamısına baxMədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41

