İlham Əliyevin ortaya qoyduğu yeni hədəflər Türk dünyasına böyük gələcək vəd edir...
17.02.2024 [11:36]
O, hamımızın arzusu, qəlblərimizin gizli-açıq amalı olan bu müqəddəs məqsədə addım-addım, səbrlə və təmkinlə, böyük strateji dühası və dövlət ağlı ilə yaxınlaşırdı. Türk xalqlarının min illik arzusu olan vahid ideoloji məkanda birləşmək arzusunu Türk millətinin fərdlərinin yaşadığı bütün coğrafiyaya, yəni Qafqazlardan Anadoluya, Mərkəzi Asiyaya, tarixi Ötükənə, ucsuz-bucaqsız Türküstana yaymaq, Türk birliyini qurmaq və bunu dönməz etmək, onun ən böyük məqsədlərindən biridir. And içərkən belə “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” dedi. Dilindən bu sözlər çıxan an İlham Əliyevin nə qədər qəlbən sevinc və qürur hissləri keçirdiyini görməmək sadəcə mümkün deyildi. Həqiqət budur ki, Türk dünyasının böyük oğlu, Prezident İlham Əliyev bu kəlmələri deyərkən sadəcə Azərbaycan Lideri kimi çıxış etmirdi. Həmin vaxt qətiyyəti və sarsılmaz iradəsi ilə birmənalı şəkildə ifadə edirdi ki, artıq yolumuz hara istiqamətlənib və bu məqsədə çatmaq üçün indi yeni dövr başlayır. O, bu addımı xaricdən olan inanılmaz və ədalətsiz basqılara rəğmən atmaq cəsarətini göstərir ki, onun bu hünəri ilə bir Türk oğlu olaraq qürur duymamaq sadəcə mümkün deyil. Həm də xalqının mütləq əksəriyyətinin dəstəyini qazanan Lider öz tutduğu yolun doğru olduğunu mütləq dünyaya, dosta və düşmənə göstərməli idi və o, bunu çox böyük şücaətlə göstərdi də. Mən bu qətiyyəti və iradəni ancaq İstanbulu fəth etmiş Sultan Mehmet Fatehin, 14 yaşında İmperiya qurmuş Şah İsmayıl Səfəvinin, Türkiyəni necə deyərlər küllərindən dirçəltmiş Mustafa Kamal Atatürkün və Azərbaycanı dağılmaqdan xilas edərək dövlət qurmuş Heydər Əliyevin göstərdikləri, şanlı Türk tarixinə yazılmış əzmkarlıq və qorxmazlıqları ilə müqayisə edə bilərəm.
İndi cənab Prezidentin tarixə yazılmış digər cümələlərinə diqqət edək: “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.” İlham Əliyevin bu sözləri o deməkdir ki, Türk Dövlətləri Təşkilatı (bundan sonra TDT) indiki statusundan daha ciddi və əhatəli, vahid mövqedən çıxış edən, eyni kökdən və soydan olan xaqların yaratdığı mühüm güc mərkəzi olacaq. Xüsusi ilə “Türk dövlətləri böyük hərbi gücdür!” ifadəsi yaxın perspektivdə TDT coğrafiyasında hansı mühüm proseslərin gedəcəyindən xəbər verən, bu strateji istiqamətə işarə vuran olduqca vacib və tarixi cümlədir. Fikrimcə, Türk dövlətlərinin birliyi tədricən Avropa İttifaqına bənzər modeldə formalaşma mərhələsinə qədəm qoyacaq. İnteqrasiya siyasi, iqtisadi, hətta hərbi istiqamətdə daha aydın və məqsədyönlü şəkildə həyata keçiriləcək. Düşünürəm ki, biz artıq TDT liderlərinin Naxçıvan zirvə toplantısında əsasını qoyduqları strateji hədəfə sürətlə yaxınlşamaqdayıq və ona görə də bu mənada da yeni dövrü başlatdığımızı indidən söyləyə bilərik. Burada əlbəttə ki, bütün Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi çox vacibdir. Məncə, artıq hər bir Türk dövlətində bu iradə və məqsəd var və biz yaxın zamanlarda bunun konkret nəticələrini mütləq görəcəyik. Çünki indiyə qədər keçilmiş bir uğurlu və çətin yol var. Hamımız bu yolla bütün xarici təzyiqlərə və maneələrə rəğmən inamla və mətnliklə irəliləmişik. Bu həqiqətdir. Bütün Türk dünyası bunu yaxşı başa düşür. Bizi birləşdirən ortaq tarix, mədəniyyət, dil və sairə amillər artıq yeni dövrdə daha çevik qərar mexanizmlərinin mövcud olduğu strateji məna və əhəmiyyət daşıyacaq. Cənab İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi bu böyük coğrafiyadakı Türk dövlətlərinin potensialı haqqındakı fikirləri də əslində faktdır. Bu potensial artıq tərəfimizdən hərəkətə keçirilib. Böyük gələcəyi olan bu birlik sadəcə milli-mənəvi aspektdən bizə parlaq vədlər vermir, həm də siyasi, iqtisadi, geo-siyasi və hərbi mənada da TDT çox da uzaq olmayan gələcəkdə öz sözünü deyəcəyini göstərir. Mənim nöqteyi-nəzərimcə bu mütləqdir. İndi dünyanın analitik dairələrinin təhlillərində də bu fakt çox qabardılır və əsaslandırılır. Digər tərəfdən unutmayaq ki, Türk coğrafiyası xüsusi ilə də Qarabağ münaqişəsinin tam həllindən sonra, həmçinin Ukrayna müharibəsi başlayandan bəri dünya üçün çox, hətta həyati əhəmiyyət kəsb edən önəm qazanıb. “Orta dəhliz” üzərindən keçən dəniz, dəmiryolu və avtomobil yolları, limanları və qovşaqları faktiki olaraq hazırda dünya iqtisadiyyatının xilası rolunu oynamaqdadır. Əmin olun ki, yaxın perspektivdə bu amil daha da güclü və bariz şəkildə özünü göstərəcək, həmin o qərb dövlətləri bu marşrutların əhəmiyyətini nəzərə alaraq real addımlar atacaqlar. Azərbaycan, Türkiyə başda olmaqla bütün Türk dövlətləri ilə daha sıx münasibətlərin qurulması və inkişafı onlar üçün həyati və vaz keçilməsi qeyri-mümkün olan reallıqdır. Zamanında nə deyirdik? 21-ci əsr “Türk əsr”i olacaq. Məncə biz artıq “Türk əsr”i haqqında tədricən felin gələcək zamanından daha çox, indiki zamanında danışmağa öyrəşməliyik. Bu gerçəklik məhz İlham Əliyev kimi böyük Türk liderinin sayəsində mümkün olub.
Bir də mühüm bir məqamı özəlliklə vurğulamaq istərdim. Andiçmə mərasimində Prezident İlham Əliyevin dünyaya verdiyi mesaj olduqca açıq və aydın idi. Azərbaycan Respublikasının siyasəti tam müstəqil, milli maraqlara söykənən siyasətdir və ondan qəti surətdə geri çəkilməyəcəyik, heç kimə heç bir güzəşt də olmayacaq. Prezident İlham Əliyevin xalqın birmənalı dəstəyi ilə həyata keçirdiyi siyasətinin mahiyyəti məhz budur və biz bununla ancaq qürur duya bilərik.
Cənab Prezident, Sizi bir daha Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə təbrik edirəm! Böyük və Milli davamızda Sizə, qardaşınız, bu kutlu yolda birlikdə addımladığınız Prezident Rəcəb Tayyip Ərdoğana və bütün Türk Liderlərinə uğurlar diləyirəm. Biz Türkiyədə müqəddəs amallar uğrunda yola çıxanda adətən belə deyirik: “Qəzamız mübarək olsun!”
Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri,
“İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

