Ermənistan təzminat ödəməlidir!
01.03.2024 [11:00]
Dövlətimiz bununla bağlı müvafiq tədbirlər görür
Nardar BAYRAMLI
Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də, həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Dağıntılara baxdıqda elə təsəvvür yaranır ki, sanki bu yerlərdən sivilizasiyadan kənarda qalan vəhşi tayfalar gəlib keçiblər. Təsəvvür etmək çətindir ki, işğaldan təmizlənən yaşayış məntəqələrində üçrəngli bayrağımızı ucaltmağa salamat bir tikili tapmaq belə mümkün deyildi. Yüzlərlə yaşayış məntəqələri tamamilə yerlə-yeksan edilib. Hansı ki, bu, ən böyük cinayətlərdən biridir.
Eləcə də, işğaldan azad edilən ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə bu göstərici cəmi 174 min hektara bərabərdir. Göründüyü kimi, işğal dövründə 54 min hektar meşə fondu məhv edilib. Zor gücünə zəbt edilən torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqları dağıdılıb, meşələr qırılıb və satılıb, torpaqlarımız qanunsuz yollarla istismar edilib. Xatırladaq ki, o torpaqların böyük hissəsini Ermənistanın kriminal rejimin başçıları öz mənafeləri naminə istifadə edirdilər. Son 30 ildə itirilmiş gəlir, ekologiyamıza vurulan ziyan da hesablanır. Təbiətə dəymiş ziyan Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınır. Məlum olduğu kimi, Azərbaycanın işğal altındakı ərazilərində təbii sərvətlərin qanunsuz istismarına xarici şirkətlər də cəlb edilib. Azərbaycanın qızıl və digər yataqlarını qanunsuz istismar edən həmin şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə qədər gedəcək.
Yeri gəlmişkən, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə fevralın 28-də Bakıda “Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev yeni dünya nizamının formalaşmaqda olduğunu, Azərbaycanın bu sistemdə yer alması istiqamətində müəyyən hədəflərin qarşıya qoyulduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Qərbdən və dünyadan təcrid olunmadığını, Cənubi Qafqazda sülhün təminatı istiqamətində təşəbbüslərini davam etdirdiyini vurğulayıb. Ölkəmizin hər zaman regionda sülhün və sabitliyin təmin edilməsinin tərəfdarı olduğunu bildirən BMTM-nin rəhbəri deyib ki, sülh üçün, ilk növbədə, Ermənistanın ərazi iddiaları ilə bağlı fikirləri gündəmdən çıxmalıdır. Onun sözlərinə görə, Ermənistanın ölkəmizə qarşı etdiklərinin müqabilində təzminat məsələsi həll olunmalıdır. F.Şəfiyev, ölkəmizin dörd beynəlxalq məhkəmədə bununla bağlı iddia qaldırdığını da diqqətə çatdırıb: “Ermənistan təcavüzkar ölkə olsa da, Avropanın və dünyanın gözündə özünü qurban kimi qələmə verməyə çalışır”.
Ümumiyyətlə, bütün bu əməllərə görə Ermənistan Azərbaycana milyardlarla dollar təzminat ödəməlidir. ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev də Ermənistanın ölkəmizə təzminat ödəməsi ilə bağlı sualı cavablandıraraq bildirmişdi ki, bu prosesə başlanılıb. Prosesə bizə yardımçı olacaq beynəlxalq hüquq firması cəlb edilib. Dövlət başçısı deyib ki, həmin proses sürətli deyil, vaxtaparan olur: “Biz uğur qazanmaq üçün hər şeyi lazımi qaydada həyata keçiririk. Əlbəttə, əgər beynəlxalq hüquqi təsisatların qərarları siyasiləşdirilməsə, həmin qurumlar müəyyən erməni və avropalı havadarların hər hansı təzyiqinə məruz qalmayıb işlərə obyektiv qaydada baxarsa, onda, əlbəttə ki, işi udacağımıza böyük şans var. Həmçinin dağıdılmış bütün şəhər və kəndlərdə rəsmilərimiz tərəfindən artıq monitorinq aparılıb. Biz hər binanın pasportunu hazırlamışıq. Ermənilərin törətdikləri artıq göz qabağındadır və sənədləşdirilib. Bütün bunlardan hüquqi prosedurlarda tərəfimizdən istifadə ediləcəkdir. Biz onların nə qədər çəkəcəyini bilmirik. Biz bunları əsasən ictimaiyyətə təqdim etmədən edirik. Söhbət hazırda aparılan təfərrüatlı işdən gedir. Əminəm ki, əgər ədalət zəfər çalarsa, biz təcavüzkarları işğal zamanı törətdiklərinə görə cəzalandıracağıq”.
Əlbəttə ki, Ermənistanın törətdiyi bu əməllər müharibə cinayətləridir. Ermənistan münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqla müharibə cinayətlərini İkinci Qarabağ savaşı zamanı da davam etdirib. Ermənistan bütün bu kimi müharibə cinayətlərinə görə məsuliyyət daşıyır. Azərbaycan Prezidentinin beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların, maddi və mənəvi ziyanın hesablandığını, Ermənistanın beynəlxalq məhkəmələrə veriləcəyini, təzminat ödənilməsinin tələb ediləcəyini bildirməsi rəsmi İrəvanın bütün əməllərinə görə cavab verəcəyinin mesajıdır.
Ermənistandan fərqli olaraq, Azərbaycan quruculuqla məşğul olur. Hazırda işğaldan azad edilən ərazilərimizdə dövlət tərəfindən bərpa işləri həyata keçirilir. Doğrudur, bu işlərin daha sürətlə aparılmasına Ermənistanın ərazilərimizi minalaması əngəl olur. Belə ki, işğal dövründə qarşı tərəf ərazilərimizi kütləvi şəkildə minalayıb. Bu günə qədər rəsmi İrəvan ölkəmizin və beynəlxalq birliyin çağırışlarının əksinə olaraq dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyib. Ermənistan təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faizdir. Bu da mina qurbanlarının sayının hələ də artmasına səbəb olur. Əslində, bu faktın özü də cinayətdir ki, Ermənistan buna görə də cavab verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

