5 aprel Brüssel görüşü barədə müsahibə Ermənistan diplomatiyasının iç üzünü açdı...
28.03.2024 [12:12]
“Ermənistan Xarici İşlər Nazirliyi Brüsseldə planlanan 5 aprel Blinken- Paşinyan - Ursula fon Lyayen məşvərətinin Qafqazda sülh perspektivlərinə qarşı çevrildiyini ciddi-cəhdlə ört- basdır etməyə başlayıb. Guya bu görüşün heç bir üçüncü ölkəyə qarşı çevrilmədiyi, Ermənistanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına yönəldiyi iddia olunur. Nazirliyin mətbuat katibi Anna Badalyanın müsahibəsində həm qorxu, həm reallığın təhrif olunması, həm də aşkar gördüyümüz əsil niyyətlərin gizlədilməsi səyləri var”.
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Məsələn....
1.İddia olunur ki, 5 aprel görüşü regional münasibətlər baxımından inklüziv mahiyyət daşıyır.
Cavab - Bu necə inklüzivlikdir ki, Azərbaycanla əlaqəli planlanan müzakirələr Azərbaycanın öz iştirakı olmadan aparılır və konkret müzakirə olunacaq məsələlər barədə öncədən məlumat verilmir?! Necə inklüzivlikdir ki, müzakirə formatının hər 3 tərəfi- Ermənistan, ABŞ və Avropa Birliyi hazırda Azərbaycanla bağlı ancaq "neqativ kateqoriyalar" əsasında düşünürlər?!
2. Ermənistan XİN rəsmisi deyir ki, Azərbaycan onların 208 kvadrat kilometr ərazisini işğalda saxlayır. Azərbaycana məxsusluğu az qala bütün dünya tərəfindən inkar edilməyən 8 kəndin qaytarılmasını gündən-günə satdıqları halda, Azərbaycanın 208 kvadrat kilometri işğalda suçlaması barədə iddialar ağla və məntiqə sığmır.
3. Ermənistan XİN rəsmisi iddia edir ki, Azərbaycan 2022-ci ilin 6 oktyabrında Əliyev-Paşinyan- Makron- Mişelin iştirakilə 4 tərəfli Praqa görüşündə Avropa Birliyinin müşahidə mussiyasının öz ərazisində də fəaliyyət göstərməsinə razılıq verdi və sonra razılaşmanı pozdu. Anna Badalyan büsbütün yalan danışır. Həqiqət budur ki, Azərbaycan Prezidenti həmin görüşdə AB-nin monitorinq missiyasının yaradılmasına razılıq versə də, onun Azərbaycanın sərhəd ərazisində yox, tək Ermənistanın sərhəd ərazisində fəaliyyətinə razılıq verib. Həm də müəyyən aydın şərtlərlə. O şərtlərlə ki, missiya deyilən müşahidəçilər 2 aylıq müddətdə fəaliyyət göstərəcək, həm də məhdud sayda olacaqlar. Razılaşmanın əsas məqamları budur. Razılaşmanı pozan Ermənistan oldu. Cəmi 3- 4 ay sonra Avropa Birliyinin Monitorinq Potensialı deyilən rəsmi adı dəyişərək Avropa Birliyinin Müşahidə Missiyasına çevirdilər, 2 aylıq fəaliyyət müddəti 2 illiyə çevrildi, "müşahidəçi " deyilənlərin sayı 209- a çatdırıldı, mülki missiya deyilən qrup əslində keçmiş kəşfiyyatçı ( kəşfiyyatçıların keçmişi olmur) fransız- alman zabitlərindən ibarət hərbiləşdirilmiş dəstəyə çevrildi, razılaşdırılmış müşahidə prinsiplərini pozaraq Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplamağa başladılar. Bütün bu faktların ortada olduğu vaxtda Azərbaycanı 6 oktyabr 2022-ci il tarixli razılaşmanı pozmaqda suçlamaq absurddur. Azərbaycan Prezidenti bu razılaşmaya da prinsipial yanaşır.
4.Ermənistan XİN rəsmisi ölkəsinin Azərbaycanla sülh sazişini elə indicə imzalamağa hazır olduğunu deyir. Necə inanaq? Əgər son 3 ildə razılaşmalara, xüsusən 10 noyabr sənədindəki imzaya əks addımlar atılırsa, Ermənistan sülhə necə hazır sayıla bilər?! Sülh məsələsində indiyə kimi heç bir təşəbbüsə (pozucu təşəbbüslərdən başqa) imza atmayan Paşinyan sülhə necə hazır ola, bütün pozitiv təşəbbüslərin müəllifi İlham Əliyevi hazırlıqsızlıqda necə suçlaya bilər?!
5. Badalyan sərhədlərin delimitasiya və demarkasiyanın 1991-ci il Alma- Ata bəyannaməsi əsasında aparılmasını şərt kimi qoyur, lakin iddia edir ki, sərhədlərin yaradılmasından yox, bərpasından söhbət getməlidir, yəni guya 91-ci ildə SSRİ dağılanda iki ölkənin arasında aydın xətlərlə çəkilmiş sərhədlər var imiş... Absurd bir yanaşmadır. Əgər o sərhədlər 91-ci ildə var idisə, Ermənistan niyə o sərhədlərdə dayanmadı, niyə Xankəndiyə qədər təcavüzkar yürüş etdi ki, sonda da onu "it kimi qovsunlar"?!... Badalyanın "azarını" yaxşı başa düşürük. Bu "dili " Paşinyandan alıb, sanki Paşinyan ağzına "tüpürübmüş" kimi onun dediklərini təkrarlayır, guya həmin sərhəd xətlərinin ancaq son sovet dövrü xəritələrində - 1974- 1991-ci ilin Baş ştab xəritələrində əks olunduğunu qəbul etdirmək istəyir. Düz adamsınızsa , niyə ancaq özünüzə sərf edən və yarımçıq xəritələri əsas tutursunuz? İlham Əliyevin konseptual bir dəqiqliklə təklif etdiyi ya xronoloji, ta da metodoloji prinsipə söykənmək doğru olmazmı? Yəni sərhədlərin delimitasiyasında ya Azərbaycan Xalq Cümhuriyyətindən başlayan reallıqlara söykənək , ya da 1920- ci ildən başlayan sovet reallıqlarına əsaslanaq. Badalyanlar bilir ki, tarixi ədalətə və siyasi reallığa daha çox uyğun olan İlham Əliyevin bu konsepsiyası əsas tutulsa, Azərbaycanın ərazisinin 114 min kvadrat kilometrdən 89 minə necə salındığı, İrəvanın, Zəngəzurun , Mehrini necə qoparılması çılpaqlığı ilə üzə çıxacaq. Odur ki, bir neçə qüsurlu xəritədən yapışırlar. Həmin xəritələri vaxtilə hansısa erməniyə, ya ermənipərəst sovet rusuna çəkdirdikləri də şübhəlidir. Lavrov bir dəfə dedi ki, bəzi Qərb kəşfiyyatları bu xəritələrin onlarda da olduğunu iddia edirlər. Kim deyə bilər ki, Ermənistanın Qərbdəki dostlarının əli ilə bu xəritələr 2,3- cü dəfə saxtalaşdırılmayıb?!
Badalyanın müsahibəsi Ermənistan diplomatiyasının iç üzünü əslində ifşa etdi....”
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

