/ / Müdafiə naziri göstəriş verib: Hərbi hissələrdə təlimlər və praktiki məşqlərin intensivliyi artırılsın
Müdafiə naziri göstəriş verib: Hərbi hissələrdə təlimlər və praktiki məşqlərin intensivliyi artırılsın
30.03.2024 [11:42]
Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və idarə rəisləri, eləcə də hərbi hissə komandirlərinin bilavasitə və videobağlantı vasitəsilə iştirak etdiyi müşavirədə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin martın 18-də Xankəndi şəhərində Novruz bayramı münasibətilə xalqımızı təbrik edərkən İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Ordumuzun döyüş qabiliyyəti ilə bağlı səsləndirdiyi fikirlərin Azərbaycan Ordusuna verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd edib.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Müdafiə naziri şəxsi heyətin sağlamlığının qorunmasının daim diqqət mərkəzində saxlanılması, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların planlı şəkildə yola salınması ilə bağlı müvafiq göstərişlər verib.
Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin davam etdirildiyi qeyd olunub. Bunun bariz nümunəsi olaraq dövlətimizin başçısının 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsinin hərbi qulluqçularda böyük ruh yüksəkliyi yaratdığı xüsusi vurğulanıb.
Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarının şəxsi heyətə mütəmadi olaraq çatdırılması və bu qaydalara onlar tərəfindən əməl olunmasına ciddi nəzarət edilməsinin, eləcə də silah, döyüş və xüsusi texnikanın istismarı zamanı iqlim şəraitinin xüsusiyyətlərinə diqqət yetirilməsinin vacibliyi qeyd olunub.
Müdafiə naziri qoşun xidməti və ideoloji işin yüksək səviyyədə təşkilinə, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, həmçinin mühəndis və tibbi təminat üzrə həyata keçirilən zəruri tədbirlərə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Sonda general-polkovnik Z.Həsənov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım və maarifləndirici tədbirlərin keçirilməsi barədə göstərişlər verib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28

