Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Kaledoniyada çıxan jurnalda Prezident İlham Əliyevin portreti üz qabığında dərc olunub

Yeni Kaledoniyada çıxan jurnalda Prezident İlham Əliyevin portreti üz qabığında dərc olunub

30.03.2024 [14:45]

Martın 30-da Yeni Kaledoniyada “La Voix du Caillou” jurnalında “Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir” adlı məqalə işıq üzü görüb. 

APA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin portreti olan şəkil jurnalın üz qabığında əsas xəbər kimi dərc olunub. 

Məqalədə Azərbaycanın Yeni Kaledoniya xalqına dekolonizasiya işindəki haqlı mübarizəsinə verdiyi dəstək xatırlanır. Qeyd olunur ki, Yeni Kaledoniya xalqı Azərbaycanın Prezidenti və Azərbaycan xalqına öz təşəkkürünü ifadə etmək üçün Azərbaycanın Bayrağı və Dövlət başçımızın Dəmir Yumruq portretini qaldırır. Yeni Kaledoniya Parlamentinin Ailə və Qadınların hüquqları komissiyasının sədr müavini Marie Line Sakilianın Fransa əleyhinə aksiyada çıxışı xüsusilə qeyd olunur. 

Qeyd edək ki, M.L.Sakilia martın 21-də Yeni Kaledoniyanın mərkəzi meydanında keçirilən geniş etiraz aksiyasında Azərbaycan, eləcə də Bakı Təşəbbüs Qrupuna göstərilən dəstəyə görə təşəkkürünü ifadə etmək üçün video müraciət yaymışdı.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31