Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukraynada Marqarita Simonyana cinayət işi açılıb

Ukraynada Marqarita Simonyana cinayət işi açılıb

01.04.2024 [17:06]

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı jurnalist Marqarita Simonyanı müxtəlif cinayətlərdə ittiham edib.

UTX-nın yaydığı məlumata görə, erməni əsilli M.Simonyan haqqında cinayət işi açılıb. O, Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən Ukraynanın ərazi bütövlüyünə qəsddə, hərbi hərəkətlərin təbliğində ittiham olunur.

“Hələ 2023-cü ildə Simonyan Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinirdi. Ukraynalıların soyqırımına çağırış edən rusiyalı təbliğatçı Marqarita Simonyanın yeni cinayətləri sənədləşdirilib. Həmin cinayətlər arasında onun 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə dair ictimai çağırışları da var. Bundan əlavə, o, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”, - deyə UTX-nın məlumatında qeyd olunur.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30