Saxtakarlığın növbəti nümunəsi...
09.04.2024 [10:28]
İcma: Aİ və ABŞ İrəvanı mükafatlandırır və onu Azərbaycana qarşı yeni hücumlara cəsarətləndirir
Azərbaycan Cənubi Qafqaz regionunda sülhün bərqərar olması naminə müəyyən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquq normalarına və ədalət prinsiplərinə əsaslanmalıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik edən beynəlxalq aktorlardan biri də Avropa İttifaqıdır. Belə ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Təşkilatın prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra, Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutub. Lakin ötən ilin sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi. Halbuki antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması, ümumilikdə, regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Antiterror tədbirlərindən sonra Şarl Mişel “Euronews” kanalına müsahibə verərək qeyri-obyektiv münasibət sərgilədi. Bundan əlavə, Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən Aİ, Almaniya, Fransa və Ermənistan liderlərinin dördtərəfli görüşündə Azərbaycanın iştirakı olmadan bəyanatın qəbul edilməsi, eləcə də bəyanatda qeyri-obyektiv məqamların yer alması yolverilməzdir.
Aİ nümayəndəsinin növbəti qərəzi...
Avropa İttifaqı Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə vermək istəyirsə, beynəlxalq hüququ və ədalət prinsipini əsas götürməlidir. Lakin görünən odur ki, Avropa İttifaqı hələ də obyektiv sərgiləmək iqtidarında deyil. Belə ki, bugünlərdə Avropa İttifaqının sözçüsü Peter Stano “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirləri ilə təşkilatının əsl niyyətini açıqlayıb. Avropa İttifaqının rəsmisi Ermənistana dair sualın cavabında ərazi bütövlüyü prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O, həmçinin “etnik ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılmasından” da danışıb.
Peter Stanonun bu mövqeyinə etiraz edən Qərbi Azərbaycan İcması öz bəyanatında “Sadə sual meydana çıxır – görəsən Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ harada idi? 8 Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə üçün Aİ Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini qaldırmır?”-deyə sual edib. “Belə çıxır ki, Ermənistandan azərbaycanlıların qovulmasının üstündən müəyyən müddət keçdiyi üçün onların qayıdış hüquqları daha aktual deyil”-deyə bəyan edən İcma hesab edir ki, Qərbi azərbaycanlıların 30 ildən artıq Vətən həsrətlərini onlara qarşı istifadə etmək ən böyük haqsızlıqdır.
Bildirilib ki, bütün bunlar Aİ-nin etnik və dini ayrı-seçkiliyini sübut edir. Aİ nə insan haqları, nə də beynəlxalq hüquqla bağlı səmimi deyil. Aİ-nin siyasəti Azərbaycandakı ermənilərin “hüququ” kimi köhnə alətdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı təhrik etməkdən ibarətdir. “Biz Aİ-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd edir və buna son qoyulmasını tələb edirik”, - deyə bəyan edən İcmanın bəyanatında həmçinin qeyd olunub ki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir.
“Bu, ABŞ və Aİ-nin insan hüquqları məsələsində ikiüzlülüyünün göstəricisidir”
Onu da vurğulamaq lazımdır ki, Avropa İttifaqının ABŞ-la birgə Ermənistanla bağlı planları təşkilatın ermənipərəst mövqeyini açıq şəkildə ifadə edir. Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen aprelin 5-də Brüsseldə görüşü də bunu təsdiqləyir. Qərbi Azərbaycan İcması bu məsələ haqqında da bəyanat verib. Qeyd olunub ki, Azərbaycan hökumətinin və ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin sağlam düşüncəli dairələrinin ciddi etirazlarına baxmayaraq atılmış bu ziddiyyətli addım regionda sülh və sabitliyə mənfi təsir göstərir.
Bəyanatda, həmçinin deyilir ki, görüşün yekunlarına dair yayılmış məlumatdan aydın olur ki, Avropa İttifaqı və ABŞ Ermənistana əhəmiyyətli ölçüdə maliyyə yardımı etmək qərarı veriblər. Şübhəsiz ki, ictimaiyyətə verilən məlumat tam mənzərəni əks etdirmir. Aİ və ABŞ keçmiş münaqişədən zərər çəkmiş yeganə tərəf olan Azərbaycana deyil, Ermənistana yardımlar etməklə ərazilərimizi viran qoymuş və minalarla çirkləndirmiş İrəvanı bir növ mükafatlandırır və onu Azərbaycana qarşı yeni hücumlara cəsarətləndirir. Aİ və ABŞ Ermənistana etdiyi maliyyə yardımı ilə bu ölkənin həyata keçirdiyi irimiqyaslı silahlanma proqramını maliyyələşdirir.
Qərbi Azərbaycan İcmasının görüşdən əvvəl etdiyi müraciətlərə baxmayaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin sözügedən görüşün gündəliyinə salınmaması ABŞ və Aİ-nin insan hüquqları məsələsində ikiüzlülüyünün göstəricisidir. Bütün bunlar bir daha sübut edir ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması ilə vəziyyəti gərginləşdirməyə xidmət edib. Qərbi Azərbaycan İcması Aİ-ni və ABŞ-ı ikili standartlar siyasətinə son qoymağa və regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb: “Aİ ilə ABŞ həqiqətən də insan hüquqları və sülhdə maraqlıdırsa, o zaman militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılardan və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir”.
Nardar BAYRAML
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43

