ABŞ Pekinin “Vahid Çin” siyasətinin tanısa da...
07.06.2024 [10:40]
Tayvana silah satışını davam etdirir
Çin rəsmi Vaşinqtonun bu addımlarına sanksiyalarla cavab verir
Tayvan problemi uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində ciddi müzakirə mövzusu olaraq qalır. Rəsmi Pekin Tayvanı Çin Xalq Respublikasının ayrılmaz tərkib hissəsi hesab edir. Beynəlxalq birlik bu regionu Çinin ərazisi kimi tanısa da, bir sıra ölkələr ada ilə müstəqil ticarət əlaqələrinə malikdir. ABŞ isə iqtisadi əlaqələrlə yanaşı, Tayvana silah satışını da həyata keçirir. Bu da rəsmi Pekin tərəfindən kəskin etirazla qarşılanır. Belə ki, Çin hökuməti hər zaman Vaşinqtondan Tayvanı silahlandırmamağı, ölkənin daxili işlərinə qarışmamağı tələb edir.
Bütün bunlara baxmayaraq, ABŞ yenə də bu siyasətini davam etdirir. Belə ki, bugünlərdə ABŞ Dövlət Departamenti Tayvana 300 milyon dollar dəyərində “F-16” döyüş təyyarələri üçün ehtiyat hissələrinin mümkün satışını təsdiqləyib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb. Qurum hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdehdir. Sənəddə dəqiqləşdirilib ki, Taypeyin İqtisadi və Mədəniyyət Nümayəndəliyi (adanın faktiki səfirliyi) “F-16” üçün ehtiyat hissələri, komponentlər, istehlak materialları, eləcə də təyyarələrə texniki xidmət tələb edib. Standart ehtiyat hissələrinin Tayvana 220 milyon dollara, qeyri-standart hissələrin isə 80 milyon dollara satışına icazə verilir.
Qeyd olunub ki, mümkün sövdələşmə ABŞ qanunlarını pozmur və ölkənin döyüş hazırlığına xələl gətirməyəcək. Amerika administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu mümkün bloklamaq üçün 30 günü var. Qeyd edək ki, Tayvan Hərbi Hava Qüvvələrinin təxminən 140 ədəd “F-16” qırıcısı var.
Təbii ki, Çin ABŞ-ın bu addımlarına seyrçi qalmayaraq müvafiq addımlar atır. Ötən ay Çinin Kommersiya Nazirliyi ABŞ-ın bir neçə şirkətini Tayvana silah satışında iştirakına görə “Etibarsız qurumlar siyahısı”na salıb. “Qara siyahı”ya salınanlar “Boeing Defense, Space & Security”, “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems” şirkətləridir. Onlara Çinlə idxal-ixrac əməliyyatları aparmaq, Çinə sərmayə yatırmaq qadağan olunub. Bundan başqa, şirkətlərin yüksək vəzifəli şəxslərinin Çinə girişinə icazə verilməyəcək. Çin hökuməti qərarın ölkənin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün qəbul edildiyini açıqlayıb.
Bütün bunların ardınca, Çin ABŞ-ın daha 12 şirkətinə və 10 fərdi şəxsinə sanksiyaya qarşı sanksiya tətbiqinə başladığını bəyan edib. Çin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən sanksiya tətbiq edilən müəssisələr arasında “Lockheed Martin”in raket və atəş nəzarəti törəmə şirkəti, “Raytheon”un raket sistemləri törəmə şirkəti, fərdlər arasında isə “General Dynamics Information Technology”nin rəhbər şəxsləri də var. Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzetinin yazdığına görə, bu, həm Rusiyaya dəstək bəhanəsi ilə ABŞ-ın Çinin bir neçə müdafiə sənayesi şirkətinə sanksiya tətbiqi ilə bağlı son qərarına, həm də sözügedən şirkət və fərdlərin Tayvana silah tədarükündə iştirakına Pekinin cavabıdır. Pekinin qərarı ABŞ-ın bu cür addımlarının cavabsız qalmayacağını göstərir.
Qeyd etdiyimiz kimi, Birləşmiş Ştatlar 1979-cu ildə Pekinin “Vahid Çin” siyasətini tanısa da, Tayvanla iqtisadi, humanitar münasibətlərini davam etdirir, davamlı olaraq adaya silah tədarük edir. Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas məqamıdır. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edir. Çin ABŞ-dan “Tayvanın müstəqilliyi”ni dəstəkləməməyi və adanı silahlandırmamağı tələb etsə də, ABŞ Dövlət Departamentinin məlum qərarı Vaşinqtonun öz mövqeyini dəyişmədiyini göstərir.
Yeri gəlmişkən, xatırladaq ki, mayın 20-də Tayvandakı separatçı qurumun yeni rəhbəri Lay Çinq-tenin “andiçmə mərasimi” keçirilmişdi. Yanvar ayında keçirilmiş seçkidə qalib gələn Lay Çinq-te mətbuat konfransında bildirmişdi ki, o, Çinin materik hissəsi ilə qarşıdurma yox, bərabərlik və ləyaqət əsasında dialoqa davam edəcək, Tayvan boğazının hər iki tərəfi arasında mübadilə və əməkdaşlığı inkişaf etdirəcək. Rəsmi Pekin isə separatçı Tayvan “hökumətinin yeni liderinin” “xalqın iradəsinə tabe olaraq dinc inkişaf yolunu tutmaq, yoxsa xalqın iradəsinə qarşı çıxıb təxribat və qarşıdurmaya girmək” arasında seçim etməli olduğunu bəyan etmişdi.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32

