Aİ Macarıstanı növbəti dəfə hədəfə alır
24.05.2025 [09:38]
Budapeştə qarşı ikili standart tətbiq oluna bilər
Avropa İttifaqı Şurası mayın 27-də Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın “Birlikdə səsvermə hüququ”ndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək. Məlumat qurumun saytında yerləşdirilib - bildirilir ki, Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstan üzrə səkkizinci dinləməni keçirəcəklər. Qeyd edək ki, Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar Birlik dövlətlərinin müəyyən hüquqlarının, o cümlədən ölkənin Aİ Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur. Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, bir çox Aİ rəsmiləri Budapeştin Birliyin ilk növbədə Rusiya ilə bağlı əsas qərarlarına mane olmaq qabiliyyətinə görə Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsini müzakirə ediblər.
Macarıstan “xora” qoşulmur...
Məsələnin mahiyyətinə keçməzdən öncə qeyd edək ki, bu qərarın verilməsi “zərurəti” Aİ-nin Rusiyaya təzyiq məqsədilə həyata keçirməyə çalışdığı bir sıra planlarla sıx əlaqəlidir. Başqa sözlə, Aİ Ukraynaya “yardım” adı altında dövlətlərin daha çox “dəstək verməsi” və ya silahlanmaya kömək etməsi məqsədilə qərarlar qəbul etməyə çalışır. Bu isə onsuz da ağır iqtisadi vəziyyətdə olan bəzi Aİ ölkələrini çətinə salır.
Məsələ tək Ukrayna münaqişəsi ilə də məhdudlaşmır - məsələn, ötən ilin yayında Aİ-nin müdafiə naminə, xüsusilə geridə qalmış regionların inkişaf edirilməsi proqramı üçün pula qənaət etməyi planlaşdırması narazılıq doğurmuşdu. Avstriya, İsveç, Hollandiya və daha az dərəcədə Danimarka Aİ-nin xərcləmə qaydalarını liberallaşdırmaq istəmirdi. Paralel olaraq bir qism isə müdafiə sahəsində səlahiyyətlərin əksəriyyətinin Brüsselə verilməsindən narahat idi. Bunu açıq şəkildə ifadə edən ilk şəxs, isə Macarıstanın baş naziri Viktor Orban olmuşdu. Baş nazir Avropa ölkələrinin müdafiə qabiliyyətini gücləndirməsi ilə bağlı ideyanı dəstəklədiklərini bildirib, amma bu səylər Brüssel bürokratlarına deyil, üzv dövlətlərin səlahiyyətinə verilməlidir, deyə fikir ifadə olunmuşdu.
Eyni vaxtda həm də Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Avropa Sülh Fonduna köçürmək qərarı verilmişdi - Aİ Rusiyanın aktivlərindən gələn gəlirdən Ukraynaya 1,4 milyard avro, 2024-cü ilin sonuna qədər isə 1 milyard avro ayıracaqdı. Macarıstan bu məsələdə də Aİ-nin “məqsədlərini” puça çıxarmışdı - Avropa Sülh Fondundan Kiyevə 6 milyard avrodan çox ödənişləri əngəlləmişdi. Qeyd edək ki, Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın hərbi ehtiyaclarına köçürülməsi ilə bağlı qərarının reallaşması üçün isə Macarıstan veto hüququndan istifadə edirdi.
Budapeştə qarşı siyasi təzyiq aləti...
Amma görünən budur ki, Aİ Macarıstanın müstəqil, özünün maraqları çərçivəsində qərarlar qəbul etməsindən narahatdır - Avropa İttifaqı haqqında Müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın “Birlikdə səsvermə hüququ”ndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirilməsi “zərurəti” də məhz buradan yaranıb. Aİ anlayır ik, özünün korporativ maraqları üçün verəcəyi “konsorsium” qərarların bloklanmaması üçün Macarıstanı “prosesdən” kənarlaşdırmalıdır.
Bu xəbər isə beynəlxalq aləmdə ciddi narahatlıq və rezonans doğurur - hətta Qərbin aparıcı KİV-ləri belə Aİ-nin planlaşdırdığı addımları hədəfə alırlar. Bu addımı təkcə hüquqi prosedur deyil, həm də Avropa İttifaqının dəyərlərindən uzaqlaşmasının bariz göstəricisi kimi qiymətləndirirlər. Bildirilir ki, 7-ci maddə -Aİ üzv dövlətlərində hüququn aliliyi, demokratiya və əsas insan hüquqları prinsiplərinin pozulduğu halda tədbir görülməsini nəzərdə tutur. Bu iddianın Macarıstan kimi suveren düşüncəsi olan, müstəqil siyasi xəttə malik olan dövlətə qarşı çevrilməsi siyasi təzyiq aləti olması deməkdir. Maraqlıdır ki, Budapeşt hər zaman özünün milli maraqlarına söykənərək çıxış edir - miqrasiya, gender ideologiyası, media siyasəti və məhkəmə islahatlarına dair özünəməxsus müstəvidə yanaşması mövcuddur - nəzərə alınmalıdır ki, bu fərqlilik Aİ-nin bəyan etdiyi “çoxsəslilik”, “plüralizm” və “suverenliyə hörmət” prinsipləri ilə uyğun gəlir. Bəzi siyasətçilər açıq formada bildirirlər ki, səsvermə hüququndan məhrumetmə cəhdi Macarıstanın yalnız Aİ daxilində mövqeyini zəiflətmək deyil, həm də digər fərqli düşüncəli dövlətlərə siyasi mesaj xarakteri daşıyır. Bu, Avropa İttifaqının içində demokratik əksəriyyət prinsiplərinin azlıq fikrinə qarşı alətə çevrilməsi, “mərkəzdən idarə olunan” dəyərlərin zorla qəbul etdirilməsi cəhdidir.
Aİ Macarıstanı səsvermə hüququndan məhrum etməklə...
Bu antidemokratik hal Aİ daxilində yeni tələb deyil - əvvəllər də bu tələb daha fərqli formatlarda ortaya qoyulub. Amma bütün hallarda Avropa İttifaqının bu kimi “tələbləri” üzv dövlətlərin hüquqlarını pozmağa yönəlik addımlar sayılıb - Bu addımlar isə xüsusilə, suveren əsaslarda əməkdaşlıq şərtləri altında birləşmiş Aİ üzvü ölkələrin suveren hüquqlarının zəbt olunması deməkdir. Etiraf edilməlidir ki, Macarıstana qarşı belə bir addımın reallaşdırılması istiqamətində uzun müddət idi ki, “axtarışlar edilir”, siyasi söykənəcək axtarılırdı. Bu fakt bir daha onu təsdiqləyir ki. Aİ Macarıstanın timsalında suveren hüquqlarını qorumağa çalışan dövlətin seçiminə hörmət etmir. Brüssel, Aİ-nin siyasi-iqtisadi təsisatları özünün iqtisadi maraqları naminə siyasi spekulyasiyalara, manipulyasiyalara əl atır, Aİ-nin daxili nizamnaməsinin əsas bəndi sayılan bərabərhüquqlu əməkdaşlıq çərçivəsindəki suveren hüquqların pozulmasını legitimləşdirməyə çalışır. Nizamnamə və prinsiplər Aİ müstəvisində bərabər iştirakçılığı ehtiva edir - nəzərdə tutulan səsvermədən məhrumetmə isə açıq hüquq pozuntusudur. Hazırkı situasiyada Macarıstan özünün dövlət maraqlarının, iqtisadi rıçaqlarının və resurslarının qorunması istiqamətində atdığı addımlara görə “ittiham edilir”. Özünü demokratik dəyərlərə hörmət edən bir qurum kimi tanıdan Aİ-nin bu qərarı Macarıstanın hüququnun məhdudlaşdırılmasıdır - təssüfləndirici haldır ki, Macarıstanın timsalında baş verənlər Aİ-nin mütəmadi olaraq üzv dövlətlərin hüquqlarının pozulması istiqamətindəki növbəti epizodu kimi tarixə yazılacaq...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

