Sülh gecikəcək?
27.08.2025 [09:36]
Ukrayna Vaşinqtonla yenidən müzakirəyə başlayır
Avqustun ikinci ongünlüyündə Ukrayna-Rusiya müharibəsi ətrafında başlanan aktiv proses dayanmış kimi görünür - Vaşinqton görüşünün ardından hələ də sükut pozulmayıb. Nəzərdə tutluduğu kimi ölkə rəhbərlərinin fərqli formatlarda görüşü haqda da hər hansı bir anons səsləndirilmir. Amma bunun müqabilində silahlar susmur - cəbhədə, döyüş xəttində vəziyyət günü-gündən daha da çətinləşir. Vaşinqtonda Ukrayna, Avropa və ABŞ rəhbərliyinin görüşünün ardından razılaşdırılan məqamlarla bağlı isə proses davam etdirilir.
ABŞ-Kiyev marşrutu: proses hansı istiqamətə yönələcək?
Yeri gəlmişkən, avqustun 25-də prezident Volodimir Zelenski ABŞ liderinin xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb. Xarici mətbuatın məlumatına görə, Zelenski Vaşinqtonda Avropa liderləri ilə görüş zamanı əldə olunan bütün nəticələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. “Şübhəsiz ki, bu, uğurlu sammit, Avropa və Amerika arasında əsl birliyin nümayişi idi. Ukrayna həmişə olduğu kimi dünyanı birləşdirir. Biz ABŞ-ın Ukrayna üçün təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazır olduğunu yüksək qiymətləndiririk və komandalarımız bunun üzərində fəal işləyir. Biz əsas təhlükəsizlik prinsiplərinin yaxın gələcəkdə müəyyən ediləcəyini gözləyirik”, - o deyib.
Məlumata görə, Kelloqla Zelenski arasında baş tutan görüşdə Rusiyanı real danışıqlara məcbur etmək və müharibəni bitirmək üçün təsir yolları müzakirə olunub. “Sanksiyalar, vəzifələr - hər şey gündəmdə qalmalıdır. Biz liderlər formatında danışmağa hazırıq. Əsas məsələləri həll etmək üçün bu formata ehtiyacımız var. Moskvada da eyni hazırlığın görülməsi lazımdır”, - Zelenski vurğulayıb. Ukrayna prezidenti həmçinin qeyd edib ki, Ukrayna və ABŞ üçün hərbi əməkdaşlıq vacibdir: “İki yol var - silah alqı-satqısı müqaviləsi və pilotsuz təyyarə sazişi. Bu, bizim arsenallarımızı əhəmiyyətli dərəcədə gücləndirə bilər. Biz PURL çərçivəsində iş tempini saxlayırıq. Bu, tərəfdaşların vəsaitlərindən istifadə etməklə Amerika avadanlıqlarının alınması üçün mühüm vasitədir və biz hazırda əlavə ölkələrin cəlb edilməsi üçün fəal işləyirik”, - o, yekunlaşdırıb.
Kelloq Ukrayna üçün təhlükəsizlik təminatları üzrə diplomatik işlərin davam etdiyini, vəziyyətin çox mürəkkəb olduğunu bildirib. Rusiya mənbələrinin yazdığına görə, Prezident Zelenski bu həftənin sonunda Ukrayna və Rusiya arasında danışıqların mümkünlüyünü müzakirə etmək üçün Ukrayna və Amerika komandalarının görüşəcəyini elan edib.
Qeyd edək ki, bu görüş son 10 gündə Kelloq və Zelenski arasında ikinci görüşdür. Avqustun 18-də Vaşinqtonda baş tutan görüşdə cəbhədəki vəziyyət və münaqişənin diplomatik nizamlanması yolları müzakirə edilmişdi.
PURL çərçivəsində yardımlar davam edir
Zelenskinin bildirdiyi PURL Ukraynaya silahların alınması üçün istifadə olunacaq müdafiə dəstəyidir. Prioritized Ukraine Requirements List (Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı) vasitəsilə bir çox ölkələr Kiyevə yardım göstərirlər. Bir neçə gün əvvəl Zelenski öz açıqlamasında bildirmişdi ki, bu vasitə ilə 1,5 milyard dollar cəlb edə bilinib. Zelenski Telegram-da yazmışdı ki, “tərəfdaşlarla birgə həyata keçirdiyimiz yeni PURL müdafiə dəstəyi təşəbbüsümüz artıq nəzərəçarpacaq nəticələr verir. Bu gün bizim artıq 1,5 milyard dollarımız var”. Onun sözlərinə görə, NATO-nun Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı təşəbbüsü sayəsində Alyansa üzv ölkələr Ukrayna üçün ABŞ istehsalı olan silahların alınmasında əməkdaşlıq edə bilərlər. Bu, həqiqətən də Ukraynanın müdafiəsini gücləndirən mexanizmdir. “Niderlan 500 milyon dollar töhfə verib, Danimarka, Norveç və İsveçin birgə töhfəsi 500 milyon dollara çatıb, Almaniya isə daha 500 milyon dollar əlavə edib. Bu, həqiqətən əhəmiyyətli təkandır və mən Almaniyaya bu mühüm addıma görə minnətdaram”, - Ukrayna prezidenti əlavə edib.
O, digər ölkələrlə də danışıqların və müzakirələrin davam etdiyini vurğulayıb.
“PURL çərçivəsində hər bir töhfə Ukraynanın xalqımızın həyatını qorumaq və layiqli sülhü yaxınlaşdırmaq qabiliyyətinə birbaşa sərmayədir”, - deyə Zelenski əlavə edib.
Müdafiə dəstəyi...
Göründüyü kimi, Ukrayna müharibəsi ətrafında gedən prosesin ikili inkişaf perspektivi hələ də aktualdır. - sülhlə bağlı istiqamətin reallaşması üçün irəli sürülən bəzi şərtlər yerinə yetirilməlidir. Belə ki, Ukrayna tərəfi ən ali səviyyədə Rusiya ilə görüş tələb edir - düzdür, Alyaska görüşündən sonra bu görüşün reallaşacağı ilə bağlı fikirlər səsləndirilsə də, sonradan Moskva bu tezisdən imtina etdiyini önə sürdü. Kreml iki tərəfin ən ali səviyyədə görüşünün yalnız bütün məsələlər öz həllini tapdıqdan sonra reallaşmasının mümkünlüyünü irəli sürür. Kiyev isə ərazi mübadiləsi və başqa predmetlərin məhz ikitərəfli görüşdə müzakirəsini tələb edir. Təsadüfi deyildi ki, Zelenskinin Vaşinqtondan verdiyi ilk mesajda bildirilirdi ki, “Biz hamımız istəyirik ki, bu müharibə tez və dayanıqlı sülh ilə bitsin. Bu dəfə əvvəlki illərdə olduğu kimi olmamalıdır - nə 1994-cü ildə verilən, amma işləməyən “təhlükəsizlik zəmanətləri”, nə də Krım və Donbasın güzəştə gedilməsi təkrar olunmamalıdır”.
Bunun qarşılığında ABŞ Dövlət katibi Marko Rubio isə ölkəsinin KİV-lərinə müsahibəsində demişdi ki, “əgər ukraynalılar bundan (Moskvanın iddia etdiyi ərazilərdən - red.) əl çəkməyə hazır olmasalar və heç kim Ukraynanı buna sövq etməsə, sülh sazişi baş tutmaya bilər”.
Davam edən proses, daha doğrusu, Avropanın yenidən Ukraynaya yardım kompaniyasına start verməsi isə onu göstərir ki, sülhlə bağlı nəticələr yenidən gecikmə ehtimalı yaşayır. Ukraynanın tələb etdiyi təhlükəsizlik zəmanətinə isə Avropa bu tezisləri ilə cavab verir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

