ABŞ və Venesuela arasında gərginlik artır
10.09.2025 [10:05]
ABŞ Prezidenti Donald Tramp qonşu ölkələrlə problemlər, narkoticarət, qanunsuz miqrasiya və s. məsələlərin həllinə çalışır. Avqustun sonlarında Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller ABŞ hərbi gəmilərinin Venesuela sahillərinə yerləşdirilməsi ilə bağlı məlumatı şərh edərkən bildirmişdi ki, ölkənin Silahlı Qüvvələrinin missiyasına Amerika vətəndaşlarını cinayətkar kartellərdən və xarici terror təşkilatlarından qorumaq daxildir: “Bu planetdə Qərb yarımkürəsində fəaliyyət göstərən cinayətkar kartellər və narkotik tacirlərindən daha çox amerikalının ölümünə görə məsuliyyət daşıyan heç bir təşkilat yoxdur”.
Bu bəyanatdan bir neçə gün sonra isə ABŞ ordusu Karib dənizində Venesueladan narkotik daşıyan gəmini vurdu.
ABŞ bölgədə hərbi mövcudluğunu artırır
ABŞ hakimiyyəti narkokartellərə qarşı əməliyyatlar aparmaq məqsədilə Puerto-Rikodakı aerodroma 10 ədəd F-35 qırıcısı yerləşdirmək barədə də göstəriş verib. Bu addım regiondakı gərginliyi daha da artırmaq ehtimalı yaradır. “Reuters” agentliyinin məlumatına əsasən, qırıcılar ABŞ-ın Karib hövzəsinin cənubunda onsuz da geniş olan hərbi mövcudluğunu gücləndirəcək. Bu qərar Prezident Donald Trampın narkotik qaçaqmalçılığında ittiham etdiyi qruplaşmaların fəaliyyətini məhdudlaşdırmaqla bağlı etdiyi seçkiqabağı vədinin icrası çərçivəsində verilib. Qırıcıların bu həftənin sonunadək Karib hövzəsinin cənub hissəsinə çatacağı bildirilir. Qeyd olunur ki, artıq 7 ABŞ hərbi gəmisi və 1 sürətli nüvə sualtı qayığı həmin regionda yerləşdirilib və ya yaxın günlərdə orada olacaq. Həmin gəmilərdə 4,5 mindən çox dənizçi və dəniz piyadası xidmət aparır.
Venesuela Prezidenti Nikolas Maduro isə hadisə ilə əlaqədar bildirib ki, ABŞ Venesuelaya əsassız bəhanə ilə hücum edərək ölkənin təbii sərvətlərini ələ keçirmək və respublikanın müstəqil inkişafına mane olmaq istəyir. Bununla belə, dövlət başçısı bəyan edib ki, Venesuelada koka plantasiyaları və ya narkotik laboratoriyaları yoxdur və yaxın gələcəkdə ölkə ərazisindən narkotik tranziti tamamilə bağlanacaq: “BMT-nin və bir sıra ölkələrin faktiki vəziyyəti əks etdirən və ekspert yoxlamasından keçən hesabatlarına görə, Venesuela ərazisi koka plantasiyalarından və kokain laboratoriyalarından azaddır və biz tezliklə narkotiklərin tranzitini tamamilə bağlayacağıq”. Venesuela lideri bildirib ki, Cənubi Amerikadan gələn kokainin 87 faizi Kolumbiya, Ekvador və Perudan Sakit Okean vasitəsilə, 8 faizi Kolumbiyanın La Quajira departamentinin Karib dənizi sahilləri ilə, cəmi 5 faizi isə Venesuela ərazisindən daşınmağa cəhd edilib, bunun 70 faizi ələ keçirilib. Maduro qeyd edib ki, son illərdə narkotik ticarəti üçün istifadə edilən 402 təyyarə zərərsizləşdirilib və Venesuela tezliklə öz ərazisindən narkotik tranzitini tamamilə əngəlləyəcək.
Lakin Vaşinqtonun Latın Amerikası kartellərinə qarşı gücləndirdiyi mübarizə və Venesuela ilə münasibətlərin pisləşməsi fonunda ABŞ Hərbi Dəniz Qüvvələri də Karib dənizində mövcudluğunu artırıb. “Newsweek” nəşrinin məlumatında qeyd olunub ki, gəmilərin bölgəyə toplaşmasına avqust ayından başlanılıb. Bundan əvvəl azı 8 gəmi və 1 sualtı qayığın bölgəyə cəlb olunduğu bildirilirdi. Peyk görüntüləri Panama sahillərində idarə olunan raket sistemi ilə təchiz olunmuş “USS Sampson” esminesi, “USS Gravely” və “USS Jason Dunham” esminesləri və “USS Minneapolis-St. Paul” sahil zonası gəmisini qeydə alıb. Puerto Rikonun cənubunda isə “Iwo Jima” universal desant gəmisi, “USS San Antonio” desant nəqliyyat-doku və “USS Fort Lauderdale” desant-helikopter gəmi-doku yerləşib. Həmçinin “P-8A Poseidon” sualtı gəmi əleyhinə təyyarə və “Boeing C-17 Globemaster III” hərbi nəqliyyat təyyarəsi də görüntülənib. Eyni zamanda, regionda “USS Newport News” çoxfunksiyalı atom sualtı qayığı da var, lakin onun dəqiq yeri məlum deyil.
Donald Trampdan xəbərdarlıq
Belə bir şəraitdə ABŞ-ın müvafiq qurumları bugünlərdə Venesuelanın iki hərbi təyyarəsinin beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığından uçduğunu bəyan ediblər. Vaşinqton hesab edir ki, son dərəcə təxribatçı addım narkoterrorla mübarizə əməliyyatlarına mane olmaq məqsədi daşıyıb. Venesuelaya ABŞ-ın narkotiklərlə mübarizə və antiterror əməliyyatlarına mane olmağa, çəkindirməyə və ya müdaxilə etməyə cəhd etməmək tövsiyə olunub. Prezident Tramp isə bəyan edib ki, Venesuela hərbi təyyarələri ABŞ Hərbi Dəniz Qüvvələrinə təhdid yaradacağı halda vurulacaqlar. Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynə müraciətlə bildirib ki, Venesuela aviasiyası tərəfindən hər hansı bir təhdid yaranacağı halda, hərbçilər öz mülahizələrinə əsasən hərəkət edə bilərlər.
CNN kanalı isə öz mənbələrinə istinadən məlumat yayıb ki, Donald Tramp Venesuelada yerləşən narkotik kartellərinə zərbə endirmək imkanını nəzərdən keçirir. Məlumata görə, bu cür planlar ABŞ administrasiyasının Venesuela Prezidenti Nikolas Maduronun mövqelərini zəiflətməyə yönəlmiş siyasi kursunun daha geniş hissəsidir. CNN qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib. Mənbənin fikirlərinə görə, bəzi Amerika rəsmiləri bu həftə Venesuela sahilləri yaxınlığında gəmiyə zərbələrin endirilməsinin və narkotik tacirlərinə qarşı potensial zərbələrin Maduronun yaxın ətrafına təzyiq göstərəcəyini və onları hakimiyyət dəyişikliyi barədə düşünməyə vadar edəcəyini gözləyirlər.
Maduro Karib və Atlantik sahillərinə 25 min hərbi qulluqçu yerləşdirir
Bütün bunların fonunda Venesuela Prezidenti Nikolas Maduro Donald Trampın təhdidinə cavab verib. Maduro hazırda silahsız mübarizə mərhələsində olduqlarını, lakin “lazım gələrsə”, silahları işə salacaqlarını bildirib: “Biz sülh tərəfdarıyıq, amma, eyni zamanda, döyüşçü bir millətik. Kimsə - nə bu gün, nə də gələcəkdə bizi əsarət altına ala bilməz. ABŞ Venesuelada zorakılıq yolu ilə hakimiyyəti dəyişdirmək planlarından əl çəkməlidir. Əgər hücum olarsa, xalqımız milli, yerli və regional səviyyədə planlı və təşkilatlanmış şəkildə silahlı mübarizə mərhələsinə keçəcək”. Venesuela xalqına hörmət olunmaq şərti ilə hər zaman dialoqa və danışıqlara açıq olduqlarını vurğulayan Maduro “Venesuelanın Karib dənizindəki ərazi suları xalqa məxsusdur. Sui-qəsdlər, təhdidlər, çevrilişlər və müdaxilələr Karib hövzəsi və Cənubi Amerikaya qayıtmamalıdır”, - deyə bildirib.
Nikolas Maduro, həmçinin Kolumbiya sərhədində, eləcə də respublikanın Karib və Atlantik sahillərində 25 min hərbi qulluqçunun yerləşdirilməsi barədə əmr verib. Venesuela lideri bunu özünün “Telegram” kanalında bildirib: “Əmr verdim ki, kişi və qadından ibarət 25 min şanlı Milli Bolivar Silahlı Qüvvələrimizin sürətli reaksiya göstərən əməliyyat-taktiki qrupları Kolumbiya ilə sülh zonasına, Karib sahillərinə və Yeni Esparta, Sukre və Delta-Amakuro əyalətlərinin Atlantik sahillərinə yerləşdirilsin”. O vurğulayıb ki, mobilizasiyanın əsas məqsədi milli suverenliyin qorunması, ölkənin təhlükəsizliyi və sülh uğrunda mübarizədir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12

