Aşqabadda Azərbaycan reallığı
28.11.2021 [21:31]
Yaxud Azərbaycanın yaratdığı reallıqlar Aşqabad sənədində...
Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çox mühüm məqamlarla yadda qaldı. Toplantıda səsləndirilən fikirlər Avrasiyanın geoiqtisadi xəritəsinin yenidən formalaşdığını, bu prosesdə Azərbaycanın mühüm rol oynadığını bir daha təsdiqlədi. Zirvə Toplantısı, həmçinin beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanın səmərəli ideya, təklif və təşəbbüslərinin təşkilat daxilində çoxtərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu, perspektiv əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə dayanıqlı zəmin yaratdığını göstərdi.
İƏT-in Tədqiqat Mərkəzinin yaradılmasının əhəmiyyəti nədir?
Diqqət yetirilən əsas məsələlərdən biri İƏT-in Tədqiqat Mərkəzinin qarşıdakı dövrdə Bakıda fəaliyyətə başlamasıdır. Şübhəsiz ki, bu, sadəcə hər hansı bir qurumun Azərbaycanda təsis olunması kimi sadə və sıradan məsələ deyil. İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlaması həm siyasi, həm də iqtisadi məzmuna malikdir. Birincisi, bu addım Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ideyalarının həm XX, həm də XXI əsrdə böyük aktuallığa malik olduğunu, regional və beynəlxalq əməkdaşlığın dərinləşməsini təşviq etdiyini təsdiqləyir. Məlumdur ki, Ulu Öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının VII Zirvə Görüşündə qurumun Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. Hələ o zaman ekspertlər, analitiklər bu ideyanı gələcəyə yönəlik faydalı və məqsədyönlü təşəbbüs kimi yüksək qiymətləndirmişdilər. Azərbaycan bu məsələnin aktuallığını nəzərə alaraq onu daim diqqət mərkəzində və siyasi gündəmdə saxladı. Belə ki, 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş IX Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürüldü, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalandı. İkincisi, bu addım Azərbaycanın həm təşkilat daxilində, həm də regional və beynəlxalq səviyyədə yüksək nüfuza malik olduğunu, işbirliyi və inteqrasiyanı təşviq edən etibarlı tərəfdaş kimi nəzərdən keçirildiyini göstərir. Üçüncüsü, bu qərar Azərbaycanın bundan sonra da bölgədə əməkdaşlığın inkişafına vacib töhfə verəcəyinə inamı əks etdirir. Məlum olduğu kimi, İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi araşdırmalara əsaslanan regional əməkdaşlığın qurulması üçün təşkilata üzv ölkələrə yardım etməkdir. Ona görə də Bakıda yerləşəcək Mərkəzin səmərəli iş mexanizmi sıralarında 10 dövləti birləşdirən, 500 milyona yaxın əhali potensialına, 6,3 trilyon ABŞ dolları həcmində ÜDM-ə malik təşkilatın məqsədyönlü fəaliyyətinə mühüm töhfə verəcək. Beləliklə, sonuncu Zirvə Toplantısını, Aşqabad sənədində əks olunan məsələləri, həmçinin Tədqiqat Mərkəzinin yaradılması məsələsini nəzərə alaraq İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlandığını qeyd edə bilərik.
Azərbaycanın yaratdığı geostrateji reallıqlar Aşqabad sənədində...
Yeri gəlmişkən, Aşqabad sənədində əks olunan məsələlər Azərbaycanın milli-strateji maraqlarına tam adekvatdır və yeni mərhələdə ölkəmizin mühüm rolunu, yüksək statusunu əks etdirir. Sənəddə Azərbaycan xalqı və hökumətinin ərazilərin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilməsi isə xüsusi vurğulanmalıdır. Bu, bir daha onu göstərir ki, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və güc mərkəzləri, o cümlədən İƏT üzvü olan dövlətlər üçün önəmlidir, həmçinin mühüm dividendlər vəd edir. Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf gətirəcək. Digər tərəfdən, sənəddə üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Bu isə Azərbaycanın iqtisadi əməkdaşlıq dairəsinin genişlənməsinə xidmət etməklə yanaşı, ölkəmizin funksional iqtisadiyyatının inkişaf perspektivləri ilə də bağlı müstəsna önəm daşıyır. Aydındır ki, işğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir. Həmin ərazilər təbii sərvətləri və geniş turizm imkanları ilə fərqlənir. Yeni reallıqlar fonunda səmərəli işbirliyi əsasında həyata keçiriləcək layihələr Azərbaycanın iqtisadi imkanlarını artıracaq, ikitərəfli və çoxtərəfli münasibətlərini gücləndirəcək.
Zəngəzur dəhlizi İƏT-ə üzv dövlətlərə mühüm dividendlər gətirəcək
Bunlarla yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edildiyini göstərir. Bu da təsadüfi deyil, çünki Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək Zəngəzur dəhlizi Avrasiyada kommunikasiya və inteqrasiyanı gücləndirəcək. Prezident İlham Əliyev bu məqamlara toxunaraq Zəngəzur dəhlizinin reallığa çevrildiyini deyib. “Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”,-deyə dövlət başçısı vurğulayıb. Bütövlükdə, bu nəqliyyat dəhlizi bir çox ölkənin, o cümlədən İƏT üzvü olan dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12

