KTMT-nin sülhməramlı qüvvələri Qazaxıstandan çıxarılır?
12.01.2022 [10:07]
Nardar BAYRAMLI
Hazırda dünya mediasının gündəmində olan əsas mövzulardan biri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Qazaxıstandan nə vaxt çıxarılması ilə əlaqədardır. Artıq məsələ ilə bağlı bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev öz mövqeyini ifadə edib. O, Qazaxıstan Parlament Məclisinin iclasında bildirib ki, KTMT qoşunlarının Qazaxıstanda əsas missiyası başa çatıb. Dövlət başçısının sözlərinə görə, iki gündən sonra KTMT qoşunlarının ölkədən çıxarılmasına başlanılacaq. Proses 10 gün ərzində mərhələli şəkildə davam edəcək. Prezident Kasım-Jomart Tokayev ölkədə həyata keçirilən genişmiqyaslı antiterror əməliyyatlarının tezliklə başa çatacağını da bildirib. Prezident Tokayev Qazaxıstanda Konstitusiya qaydasının bərpa olunduğunu söyləyib.
Qeyd edək ki, Qazaxıstanda baş verən kütləvi iğtişaşlar zamanı təhlükəsizliyin təmin olunması məqsədilə Prezident Kasım-Jomart Tokayev kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişdi. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının yanvarın 6-da qəbul edilmiş qərarına əsasən, Qazaxıstana məhdudlaşdırılmış müddətə vəziyyətin sabitləşməsi və normallaşması üçün sülhməramlı qüvvələr göndərilib. KTMT-nin sülhməramlı qüvvələrinin əsas vəzifələri mühüm dövlət və hərbi obyektlərin qorunması, vəziyyətin sabitləşməsində və əvvəlki məcraya qaytarılmasında Qazaxıstanın güc strukturlarına kömək göstərmək olub. Rəsmi məlumatlara görə, artıq ölkədə iğtişaşlar törədilmir. Amma bununla belə, fövqəladə vəziyyətin davam etməsi gərginliyin tam səngimədiyini deməyə əsas verir.
Məsələ ondadır ki, KTMT sülhməramlı qüvvələrində çoxluq təşkil edən Rusiya tərəfindən hələ də bu qüvvələrin Qazaxıstanı nə vaxt tərk edəcəyi barədə məlumat verilməyib. Rusiya Prezidenti Vladimir Putin Qazaxıstandakı vəziyyətin ciddi narahatlıq doğurduğunu və baş verənləri bu ölkəyə təcavüz aktı kimi qiymətləndirib. V.Putin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı qüvvələri lazım olduğu qədər Qazaxıstanda qalacaq, vaxtı gələndə bu ölkəni tərk edəcək. Rusiyanın digər rəsmi şəxsləri də Qazaxıstan Prezidentinin sülhməramlı qüvvələrin ölkədən nə vaxt çıxarılacağı barədə dediyi fikirləri təsdiqləməyiblər.
Məsələ ondan ibarətdir ki, bu ölkədə hərbi və digər strateji obyektlərin qorunması aktuallığını hələ də saxlayır. Çünki sabitlik hələ tam təmin olunmayıb. İctimai-siyasi sabitliyin dərhal təmin edilməsinin mümkün olmadığı nəzərə alınsa, sülhməramlı qüvvələrin tam şəkildə Qazaxıstandan çıxmaq ehtimalı real görünmür. Belə bir şəraitdə hərbi və strateji obyektlərin hələ də qorunması zərurəti var. Baş verən proseslərin fonunda bir sıra xarici ekspertlər hesab edirlər ki, KTMT-nin sülhməramlı qüvvələrinin 10 gün ərzində mərhələli şəkildə çıxarılması baş tutmayacaq və bu proses daha çox vaxt apara bilər. Həmçinin sülhməramlı kontingentin bir hissəsinin daha uzun müddətə qalmaq ehtimalı istisna olunmur. Çünki KTMT-nin üzvü olan ölkələr öz təhlükəsizliklərinə vahid formada yanaşdıqlarından, ümumilikdə bölgənin təhlükəsizliyinin təmin olunması yeni yanaşmaları zəruri edir. Regionda yeni iğtişaşların baş verməsinin istisna edilməməsi bütövlükdə KTMT-nin digər üzv ölkələrinə də təhlükə yarada bilər. Məhz bu kontekstdən yanaşdıqda Qazaxıstandan sülhməramlı qüvvələrin tam çıxarılması ilə bağlı fikirlər birmənalı deyil.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

