Bakıda, yoxsa Avropada?
08.07.2023 [11:05]
Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra demokratik inkişafı özünü ali prinsiplərindən biri kimi elan etdi. Ötən dövr ərzində bu istiqamətdə böyük işlər görülsə də, demokratik islahatlar davamlı xarakter daşıyır. Azərbaycan bu sahədə islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin dinamik inkişafına xidmət edir.
Ölkəmizdə söz azadlığı və insan hüquqları tam təmin olunub
Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti, söz azadlığı, siyasi plüralizm və hüquqi dövlətin digər komponentləri təşəkkül tapıb. Həmçinin bələdiyyələrin, milli ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və digər hüquqi normativlərə edilən mütərəqqi dəyişikliklər Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsinə xidmət edir.
Qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən məsələlərdən biri də demokratik transformasiya prosesidir. Ulu Öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına, qanunauyğunluqlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr yerinə yetirilib. Bütün bunların fonunda belə bir nəticəyə gəlmək olur ki, demokratik transformasiyanın dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə yeni keyfiyyətdə davam etdirilməsi siyasi sistemin təkmilləşməsinə təkan verməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsini də şərtləndirmiş oldu.
Avropada niyə çətindir?
Məhz bu istiqamətdə həyata keçirilən uğurlu siyasət dünya miqyasında da etiraf olunur və Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Əminliklə demək olar ki, bu gün Azərbaycan demokratik inkişaf baxımından bir çox Avropa ölkələrindən öndədir. Təəssüf ki, hazırda özünü demokratiyanın beşiyi hesab edən Avropa ölkələrində əslində demokratiya böhranı hökm sürür. Bəzi ölkələrdə sərbəst toplaşma azadlığının təmin edilməməsi, azad sözə qarşı basqılar, jurnalistlərin öldürülməsi və həbsə atılması buna sübutdur. İyulun 6-da Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən konfransda “African Mundus” təşkilatının təmsilçisi Emmanuel Arqo çıxışı zamanı bildirib ki, “Biz Bakıda müstəmləkəçilik problemi barədə açıq danışırıq, Avropada bu çətindir”. “Mən müsbət mənada təəccübləndim. Azərbaycan səfərimdən öncə düşünməzdim ki, mən belə bir çıxış edəcəyəm. Azərbaycan Prezidentinə təşəkkür edirəm. Qoşulmama Hərəkatı üzvlərinə də verdikləri dəstəyə görə minnətdaram. Avropa mediası bu barədə müzakirəyə açıq deyil. Bakıya təşəkkür edirəm ki, bizə bu məsələ barədə açıq danışmaq üçün imkan yaradıb”, - deyə o çıxışında qeyd edib.
Ümumiyyətlə, Avropada demokratiya böhranı yeni məsələ deyil. Qoca qitədə demokratiyanın uzun müddətdir ki, böhran yaşaması hər kəsə bəllidir və hamını narahat edir. Əslində, bu problem ötən dövrdə yaranmış və tədricən üst-üstə qalaqlanan neqativ amillərin artıq korroziyaya uğramasını göstərən fəsadlardır. Avropada, eləcə də dünyada demokratiyanı məhv edən ən arzuolunmaz amil demokratiya anlayışı ilə birbaşa zidd olan ikili standartlardır. Məlumdur ki, bir sıra Avropa ölkələri başqa dövlətlərə demokratiya və söz azadlığı dərsi keçməyə çalışırlar. Amma öz daxillərində isə demokratiya və söz azadlığı tənəzzülə uğrayır. İnsanların keçirdiyi etiraz aksiyaların zorakılıqla dağıdılması, medianın təzyiqlərə məruz qalması bu qəbildəndir. Müəyyən beynəlxalq qeyri-hökumət təşkilatları var ki, Qərb və Avropada baş verən bu neqativ hallara qarşı səssiz qalırlar. Eləcə də, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, eləcə də bu təşkilatın media azadlığı üzrə nümayəndəsi problemləri görməzdən gəlirlər. Əvəzində isə onlar sifariş əsasında müəyyən ölkələri əsassız olaraq hədəfə alır. Bu da həmin qurumların elə Qərb və Avropadakı dairələrin əlində alət olduğunu təsdiqləyir.
Avropada jurnalistlər öldürülür, amma cinayətin üstü açılmır
Məzh bu kimi səbəblərdəndir ki, dünyada, o cümlədən Avropada öldürülən media nümayəndələrinin sayı artmaqdadır. UNESCO-nun məlumatına görə, təkcə 2022-ci ildə dünyada 86 KİV nümayəndəsi öldürülüb. 2022-ci ildə Latın Amerikası və Karib hövzəsi jurnalistlər üçün ən təhlükəli region olub. Burada 44 qətl olub, bu da dünyada baş verən qətllərin yarısından çoxunu təşkil edir. Asiya-Sakit Okean regionunda 16, Avropada isə 11 jurnalist öldürülüb. Münaqişə vəziyyətində olan ölkələrdə öldürülən jurnalistlərin sayı 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 20-dən 23-ə yüksəlib. Buna görə də qətllərin kəskin artımı əsasən münaqişə ilə əhatə olunmayan ölkələrdə baş verib. Bu jurnalistlər müxtəlif səbəblərdən, o cümlədən mütəşəkkil cinayətkarlıq, silahlı münaqişə, artan ekstremizm və ya korrupsiya, ekoloji cinayət, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya nümayişlər kimi həssas mövzuları işıqlandırdıqlarına görə qisas almaq məqsədilə öldürülüblər.
Eyni zamanda, jurnalistlərin öldürülməsinə görə cəzasızlıq səviyyəsi xüsusilə yüksək olaraq qalır (86 faiz), bu da media işçilərinin işinə mane olur, fikir və söz azadlığını təhlükə altına alır. Diqqətçəkən məqam ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan ölkələrdə də jurnalist qətillərinin üstünün açılmasına görə göstərici aşağı səviyyədədir.
Bütün bunların fonunda “African Mundus” təşkilatının təmsilçisi Emmanuel Arqonun fikirləri anlaşılandır. Bir sözlə, Avropada insan hüquqları, demokratiya və söz azadlığı kimi dəyərlər sadəcə spekulyasiya vasitəsinə çevrilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39

