“Humanitar” qaçaqmalçılıq...
13.07.2023 [11:13]
BQXK bəyan etdiyi missiyasına uyğun davranmır...
Günel ABBAS
İyulun 11-də Dövlət Sərhəd Xidməti Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlamışdı. Məlumata görə, təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək bölgədə faktiki qaçaqmalçılıq fəaliyyəti göstəriblər. Nəticədə zəruri istintaq tədbirləri həyata keçirilənə qədər BQXK-ya məxsus avtomobillərin Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırılıb.
Uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti ortaya mühüm suallar çıxarır - bu təşkilat Azərbaycan ərazisinə Ermənistandan daha nələr gətirib? Digər tərəfdən, bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Qeyd edək ki, müharibə dövründə də BQXK Azərbaycana qarşı qeyri-adekvat mövqeyi ilə də diqqət çəkmişdi.
Əslində, Qırmızı Xaç Komitəsinin bu cür əməllər törətməsi təəccüblü deyil. Düzdür, əvvəllər Qırmızı Xaç beynəlxalq humanitar təşkilat kimi müsbət reputasiyaya malik olsa da, sonradan bu məsələ mübahisə obyektinə çevrildi - təşkilatla bağlı 11 sentyabr ABŞ-da törədilən terrordan və 2019-cu il Avstraliyadakı yanğınlardan sonra korrupsiya iddiaları səsləndirilib. Toplanan ianələrin nəzərdə tutulduğu layihələri maliyyələşdirmək üçün istifadə olunmadığı bildirilir.
Təşkilatın bir sıra işçilərinin hətta Haitidə 2010-cu ildə baş verən zəlzələdən sonra uşaqların və qadınların cinsi istismarında iştirak etməsi belə iddia olunur - onlara bağışlanan 500 milyon dolların çox hissəsi isə lazımi istiqamətlərə yönəldilməmişdi. Hətta təşkilat olaraq “Qırmızı Xaç”ın öz vəsaitlərinin 90 faizini “təşkilati xərclər”ə sərf edən xeyriyyə təşkilatından daha çox biznes qurumu sayanlar da var. İddialara görə, köməyə ehtiyacı olanların yanında yer almalı olan təşkilatın üzvləri “daha rahat” yaşamaq yollarını araşdırır. İndiki halda isə BQXK kimi bir təşkilatın ermənilərin əlində qaçaqmalçılıq üçün alətə çevrilməsi qəbuledilməzdir.
Sui-istifadəhalları...
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə sözügedən hadisə ilə əlaqədar XİN-in mövqeyini bölüşüb. Onun sözlərinə görə, Ermənistan hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) konvoylarından qeyri-qanuni fəaliyyətlər üçün sui-istifadə edir və BQXK-nın əsas humanitar missiyasına xələl gətirir. O vurğulayıb ki, Azərbaycan bu səbəbdən BQXK-nın nəqliyyatının hərəkətini müvəqqəti dayandırmağa məcbur olub.
Qeyd edək ki, hələ aylar öncədən Qırmızı Xaç Komitəsinin Xankəndidəki nümayəndəliyinin İrəvana deyil, Bakıdakı ofisə bağlanması ilə bağlı təkliflər irəli sürülür, bu fəaliyyətin birmənalı olmaması ilə bağlı fikirlər söylənilirdi.
Azərbaycan bir daha dünyaya göstərir ki...
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən deputat Arzu Nağıyev bildirib ki, Xankəndi istiqamətində gedən Ermənistan vətəndaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərindən istifadə edilərək qanunsuz yüklər daşıyırlar: “Ermənilər hər bir vasitədən istifadə edərək əraziyə qanunsuz yüklərin daşınmasını davam etdirirlər. Laçında sərhəd buraxılış məntəqəsinin açılması qaçaqmalın, eyni zamanda, qanunsuz hərbi birləşmələrin Azərbaycana keçməsinin qarşısını alan effektiv üsuldur. Buna baxmayaraq humanitar yüklər adı altında daşınmaların həyata keçirilməsi bir daha göstərdi ki, ermənilər hər bir vasitədən istifadə edərək əraziyə qanunsuz yüklərin daşınmasını təmin etməyə çalışır. Bu kimi hallar əvvəl də var idi. Ermənistan vətəndaşları məhz Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərindən istifadə edərək Xankəndinə daşımalar həyata keçirirdi. Heç kim zəmanət verə bilməz ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmayıb. Təbii ki, Azərbaycan Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi bununla bağlı müvafiq qərarlar qəbul edəcək. Əməliyyat-istintaq işləri icra olunacaq”.
A.Nağıyev indiyə kimi humanitar yardımların daşınması adı ilə fəaliyyət göstərən bu qaçaqmalçıların qarşısının hər dəfə alındığını vurğulayıb: “Azərbaycan bu qeyri-qanuni daşımaların üstünü açmaqla bir daha dünyaya göstərir ki, sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya məsələsinin aparılması, eyni zamanda sərhəd buraxılış məntəqələrinin fəaliyyətə başlaması çox mühüm əhəmiyyət kəsb edir. Bu vaxta qədər fərqli adlar altında həyata keçirilən “humanitar yardımlar”ın daşınmasının altında nələrin yatdığını gördük. Düşünürəm ki, Azərbaycan tərəfi dəqiq qərarlar qəbul edir və edəcək. Azərbaycan öz ərazilərini, suverenliyini qorumaq iqtidarındadır. Hansısa bu cür qeyri-qanuni əməllər ortaya çıxacaqsa, bunun cavabı veriləcək”.
Qırmızı Xaç Komitəsinin nüfuzuna zərbə...
Deputat Vüqar İskəndərov qeyd edib ki, İrəvanda, o cümlədən Xankəndidə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi öz fəaliyyətində kifayət qədər şübhələr yaradırdı. “Hətta azərbaycanlı eko-fəalların haqlı etiraz aksiyaları zamanı şübhəli addımlarla yadda qalmışdılar. Hətta Ruben Vardanyanı da hansısa formada İrəvana keçirmələri haqda məlumatlar yayılmışdı. Müxtəlif formada öz funksiyalarından kənar, beynəlxalq hüquqa, Azərbaycan qanunvericiliyinə zidd addımlar atılırdı. Azərbaycanın müvafiq orqanlarının səyi və peşəkarlığı BQXK-nın qeyri-qanuni fəaliyyətini ortaya çıxardı. Belə hərəkətlər isə quruma baş ucalığı gətirmir, əksinə, Qırmızı Xaç Komitəsinin nüfuzuna zərbə kimi dəyərləndirilir. Bundan sonra onların fəaliyyəti barədə artıq kifayət qədər qaranlıq məqamlar və suallar ortaya çıxacaq. Yəni, bu, Beynəlxalq Qırmızı Xaç Komitəsinin imicinə çox böyük ləkədir”, - deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, təşkilat artıq xeyriyyə işlərindən, spesifik fəaliyyətindən çox qanunsuz əməlləri ilə “tanınır”: “Qırmızı Xaç Azərbaycanın icazəsi və informasiyası daxilində Qarabağ bölgəsində fəaliyyət göstərə bilər. Lakin qurum, özü qanunları pozur və qeyri-qanuni daşımalar həyata keçirir. Qırmızı Xaç qərəzsiz bir təşkilat olduğunu iddia etsə də, onların fəaliyyəti bir çox dövlət rəhbərləri, hətta Ukrayna prezidenti Zelenski tərəfindən də birmənalı qarşılanmayıb, qurum dini və etnik qərəzlilikdə ittiham olunub”.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

