İlin sonunadək...
29.07.2023 [11:40]
Qərb Kiyevə vaxt verib
N.BAYRAMLI
Ukraynanın iki aydır davam edən və ağır irəliləyən əks-hücum əməliyyatı sürətlənir. Bu, o deməkdir ki, əks-hücum əməliyyatının yeni mərhələsi başlayıb. Məlumatlara görə, Kiyev cənub cəbhəsinə minlərlə yeni qüvvələr yerləşdirir və əməliyyatın yeni mərhələsinin başladıldığının siqnalını verir. Rəsmi Kiyevin ölkənin cənub-şərqinə əlavə qüvvələr cəmləməsi Rusiyanın müdafiə xəttində potensial zəifliklər aşkarlamasının əlaməti hesab olunur. ABŞ rəsmiləri bildiriblər ki, Ukrayna ordusunun daha güclü Qərb silahlarına malik təlim keçmiş qoşunları əks-hücumun başladığı iyun ayından bəri gözləmə mövqeyində olublar, lakin indi Ukrayna bu qoşunların əsas hissəsini əks-hücumlara cəlb edib. Ukraynanın bu addımı isə müəyyən nəticələr gətirəcək.
Bir sıra yaşayış məntəqələri azad olunub
Rusiyanın Zaporojeyə təyin etdiyi “rəsmisi” Vladimir Roqov da Ukraynanın regiondakı əks-hücumunun növbəti dalğasının başladığını bəyan edib. Ukrayna hərbçiləri Melitopol və Berdyansk istiqamətlərində Rusiya müdafiəsinin 7,5 kilometr dərinliyinə qədər irəliləyib. Rus qoşunlarının müdafiə xətti bir neçə istiqamətdə yarılıb. Ukrayna Baş Qərargahının nümayəndəsi, briqada generalı Aleksey Qromov hücum əməliyyatları başlayandan bir sıra yaşayış məntəqələrinin azad edildiyini, ümumilikdə 200 kvadrat kilometrə qədər ərazinin Ukraynanın nəzarətinə qaytarıldığını deyib. Qromov qaynar döyüşlərin getdiyi cəbhə xəttinin uzunluğunun 1200 kilometrə çatdığını qeyd edib.
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Staromayorski kəndini də Rusiya ordusundan azad edib. Ukrayna prezidenti məlumatı təsdiqləyib. O, ukraynalı əsgərlərə əməyinə görə təşəkkür edib.
Zelenskinin Dnepr səfəri
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin cənub-şərqindəki Dnepr şəhərinə səfər edib. Bu barədə o, özünün “Telegram” kanalına bildirib. Hərbi komandirlər və hökumət rəsmiləri ilə görüşdə cəbhədəki vəziyyət, hücum və müdafiə əməliyyatlarının gedişi müzakirə olunub. Zelenski ali baş komandan Valeri Zalujnı, komandirlər Oleksandr Tarnavski və Oleksandr Sırskinin, eləcə də Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanovun məruzələrini dinləyib. “Həmişə olduğu kimi, biz qoşunlarımızın döyüş sursatı ilə təchizatına ciddi diqqət yetiririk”, - o qeyd edib.
ABŞ Kiyevə “Abrams” tankları verəcək
Ukrayna qüvvələrinin geniş əks-hücum əməliyyatlarını davam etdirdiyi Zaporojye vilayətində Rusiyanın ən təsirli silah sistemlərindən biri Ka-52 “Hokum” helikopteridir. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, Rusiya Ukraynanın işğalına başlayandan bəri bu helikopterlərdən təxminən 40 ədədini itirib, bununla belə helikopterlərin tətbiqi Ukraynaya baha başa gəlib. Əlavə olunub ki, son aylarda Rusiya cənubda yeni və güclü modifikasiya edilmiş Ka-52M helikopterlərindən istifadə edir. Məlumata görə, sözügedən helikopterlərin əsas üstünlüklərindən birinin onlara 15 kilometr məsafəyə malik “LMUR” tank əleyhinə raket sistemlərinin inteqrasiya edilməsidir. Ka-52 helikopterləri bu raketlərlə Ukraynanın HHM qüvvələrinin mənzilinə girmədən atəş aça bilirlər.
Bütün bunların fonunda rəsmi Kiyev Qərb silahlarını daha çox əldə etmək istəyir. ABŞ hakimiyyəti isə Ukraynaya “Abrams” tanklarının tədarükünə sentyabr ayında başlamaq niyyətindədir. “Politico” qəzeti bu barədə Pentaqondakı mənbələrinə istinadla məlumat yayıb. “Avqustda bir neçə “Abrams” tankı yekun modernizə üçün Almaniyaya göndəriləcək. Proses başa çatdıqdan sonra gələn ay tankların ilk partiyası Ukraynaya yola salınacaq”, - deyə qəzetin mənbələrindən biri bildirib. Söhbət köhnə model “M1A1” tanklarından gedir. Məlumata görə, ilk partiya 6-8 tankdan ibarət olacaq. Ümumilikdə isə Vaşinqton Kiyevə 31 tank göndərməyi planlaşdırır. Tədarükdən öncə tanklardan məxfi texnologiyalar çıxarılır. Ukraynalı hərbçilər avqust ayında başa çatacaq on həftəlik hazırlıq kursundan sonra “Abrams” tanklarını idarə edə biləcəklər.
Əks-hücum nə vaxt bitəcək?
Ukraynanın əks-hücum əməliyyatlarını sürətləndirməsi həm də Qərbin Kiyevə silah yardımının nə vaxta qədər davam etməsi ilə bağlı yaranmış fikir ayrılıqlarına görədir. “Qərb Kiyevə ilin sonuna qədər vaxt verib. Ukrayna o vaxta qədər nə qazansa, ona məxsusdur, geri qalanlar isə danışıqlar masasında müzakirə olunacaq”. Bu sensasiyalı açıqlamanı tanınmış ukraynalı jurnalist Dmitri Qordon “Qordon” internet nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində deyib. “Mən xoşagəlməz sözlər deyəcəyəm, Qərb Ukraynaya deyir: sizin ilin sonuna qədər bütün məsələləri həll etmək imkanınız var. Bacardığınız qədər ərazini geri alın, bunun üçün sizə hər şeyi veririk. indi ATACMS və “F-16” verəcəyik, nüvə silahından başqa hər şeyi tədarük edəcəyik. İlin sonunadək geri aldığınız hər şey sizindir, ala bilmədikləriniz danışıqlar masasında olacaq. Bu, Çexiya Prezidenti Petr Pavelin dediyi sözlərdir, bunu qeyri-rəsmi formada bildirirlər. Bunu mənə danışıqlarda iştirak edənlər söyləyir”, - deyə ukraynalı jurnalist bildirib. Gələn il ABŞ-da növbəti prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, bu fikirlərdə müəyyən həqiqətlər var. Çünki NATO-nun əsas gücü sayılan ABŞ-da hakimiyyət dəyişikliyi Rusiya-Ukrayna müharibəsində də dəyişikliklər yarada bilər. Qərbin Kiyevə hərbi yardımı dayandırması və ya əhəmiyyətli dərəcədə azaltması Ukraynanın öz torpaqlarını tam azad etməsinə ciddi əngəl olacaq.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Siyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11

