3 post ləğv edilib...
10.10.2023 [14:14]
Sülhməramlı kontingentin gələcək taleyinə yalnız Azərbaycan və Rusiya qərar verəcək
NARDAR
Sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi 24 saatlıq antiterror tədbirlərindən sonra regionda yeni vəziyyət yaranıb. Artıq separatçılar təslim olub və qanunsuz rejim özünü buraxıb. Qarabağdakı erməni sakinlərin əksəriyyəti isə könüllü şəkildə Ermənistana gedib. Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə reinteqrasiya prosesinə start verib. Artıq bəzi ermənilər Azərbaycan vətəndaşlığı almaq üçün müraciət ediblər.
Qarabağda separatizmin ləğv edilməsindən sonra Rusiya sülhməramlı kontingentinin bölgədə qalıb-qalmaması da müzakirə mövzusuna çevirilib. Xatırladaq ki, bir neçə gün öncə sülhməramlıların bəzi postlarının ləğv olunması prosesinə start verilib. Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Əsgəran, Ağdərə, Xocavənd və Şuşa bölgələrindəki postlarını tərk etdiyini açıqlayıb. Oktyabrın 8-də isə Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının daha iki müşahidə məntəqəsi bağlanıb. Bununla da, bölgədə fəaliyyəti dayandırılan məntəqələrin sayı doqquz olub.
Qeyd edək ki, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına əsasən baş tutub. Həmin bəyanatın 4-cü bəndində qeyd olunur: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin dəyişməsi, dövlətimizin öz suverenliyini tam təmin etməsi rus sülhməramlılarının gələcəyi ilə bağlı haqlı suallar da yaradır. Üçtrəfli Bəyanat 3 ölkə tərəfindən imzalansa da, artıq Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması, bölgədə qanunsuz olaraq yaratdığı qurumun özünü buraxması, qeyri-qanuni hərbi birləşmələrin tərk-silah edilməsi və digər amillər sülhməramlıların gələcəyinə yanaşmada rəsmi İrəvanın mövqeyini əhəmiyyətsiz edir. Xatırladaq ki, Qarabağda antiterror tədbirlərindən sonra Rusiya Prezidentininin mətbuat katibi Dmitri Peskov rus sülhməramlıların bölgədə qalıb-qalmaması məsələsinin Bakı ilə müzakirə ediləcəyini bildirmişdi. Bugünlərdə isə Valdayda keçirilən Beynəlxalq Diskussiya Forumunda Rusiya Prezidenti Vladimir Putin də sülhməramlıların statusundan danışıb: “Azərbaycan hesab edirdi ki, sülhməramlıların statusu ilə bağlı əlavə saziş imzalamağa ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”.
Putin onu da vurğulayıb ki, Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Lakin Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi statusunu müəyyən edib. “Bundan sonra Azərbaycan Prezidenti görüşlərin birində mənə dedi ki, “görürsüz hamı qəbul edib ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”. Bilirsiz, Qarabağın Azərbaycan ərazisi kimi statusu müəyyən ediləndən sonra sülhməramlılarımızın statusu keyfiyyətdə dəyişikliyə uğradı. Azərbaycan Prezidenti dedi ki, sizin sülhməramlılar bizim ərazimizdə yerləşir. Gəlin indi onların statusu ilə bağlı ikitərəfli əsasda danışaq. Ermənistan baş naziri Paşinyan da bunu təsdiq etdi, bəli, siz indi ikitərəfli əsasda razılaşmalısız. Yəni ki, Qarabağ getdi... İndi bu status haqqında nə istəsən demək olar. Bu, əsas məsələ idi, ötən on illiklər ətrafında hər şey onun (statusun-red) ətrafında fırlanırdı. Bitdi. Ermənistan onu həll etdi. Qarabağ rəsmən Azərbaycanın tərkibinə keçdi. Müasir Ermənistan dövlətinin mövqeyi belə oldu. Biz nə edə bilərik ki?”, - deyə Putin əlavə edib.
Göründüyü kimi, bölgədə yeni vəziyyətin yaranması Rusiya sülhməramılarının fəaliyyətində də dəyişikliklərin baş verməsinə səbəb oldu. Son günlər ardıcıl olaraq sülhməramlıların postlarının ləğv edilməsi fonunda Rusiya hərbi təyyarəsinin Füzuli hava limanına eniş etməsi haqda məlumatlar da hərbi inventarın Azərbaycan ərazisindən çıxarılmağa başlanması anlamına gəlir. Antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyət sülhməramlıların, ümumiyyətlə, nəzarət zonasının qalmadığını deməyə əsas verir. Hazırda Xankəndidə patrul xidmətini sülhməramlılarla birlikdə Azərbaycan hərbçiləri həyata keçirir. Hətta erməni əhalisinin bir qismi geri qayıtsa belə, eyni vəziyyət davam edəcək, çünki Qarabağda Azərbaycanın suverenliyi tam təmin olunub və müvafiq dövlət qurumları ərazidə fəaliyyətə başlayıb. Bu baxımdan, rus sülhməramlılarının vaxtından tez ərazini tərk etməsi ehtimalı ilə bağlı irəli sürülən ehtimalların reallığa çevrilməsi istisna deyil.
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

