Stohkolm həyəcan içində...
09.01.2024 [11:11]
İsveç müharibə anonsu verdi
2024-cü ilin əvvəli yeni sürprizlərlə yadda qala bilər. Belə ki, tezliklə Avropaya sülh və əmin-amanlığın gələcəyini, Ukrayna – Rusiya müharibəsinin danışıqlar masasına transfer olunacağını düşünənlər yeni situasiya ilə üz-üzə qalıblar. Döyüş anonsu isə bu dəfə şimaldan səslənir. 2022-ci ildə imzalanan Madrid Memarandumuna riayət etmədiyi üçün NATO yolunda Türkiyənin vetosu ilə qarşılaşan İsveç "SOS siqnalı" səsləndirib. Ölkənin Mülki Müdafiə naziri Karl Oskar Bohlin Rusiyanı ciddi qəbul etməyin lazım olduğunu bildirib. Əlavə edib ki, İsveçdə də müharibə ola bilər, xalqımız müharibəyə hazır olmalıdır. Nazir İsveçin 210 ildir müharibə etmədiyini diqqət çatdırıb: “Avropada onsuz da pis olan təhlükəsizlik vəziyyəti Rusiyanın Ukraynaya hücumu nəticəsində daha da pisləşib. Rusiyanın sürətlə yenidən silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 ildir ki, sülh İsveç xalqı üçün xoş yoldaş olub. Lakin bu gün belə deyil. Durum dəyişdi və təhlükəsizlik vəziyyəti pisləşdi”.
İsveç hökumətinin ölkənin müharibəyə gedə biləcəyi ilə bağlı zehni şüur yaratmaqla müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin, Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini bildirib.
İsveç "təzyiq" yolunu seçir…
Qeyd olunmalıdır ki, şimal ölkələri Finlandiyi və İsveçin NATO üzvlüyü məsələsi ilə bağlı Moskvanın rəsmi mövqeyi artıq uzun müddətdir ki, hər kəsə bəllidir – Kreml şimal qonşularına hər hansı bir təhdidin olmadığını bildirib. Bununla belə, rəsmi Moskva bu iki Skandinaviya dövlətinin NATO-ya daxil olmasını da "lüzumsuz" saymışdı.
İndiki halda isə, artıq Finlandiya qurumun tamhüquqlu üzvüdür. İsveç isə imzaladığı Anlaşma Memarandumuna riayət etmədiyi üçün bu haqqı qazana bilməyib. Bir sıra siyasi mütəxəssislər İsveçin bu yolla ABŞ-a təzyiq göstərməyə çalışdığını önə çəkir. Mümkündür ki, İsveç imzaladığı Memarandumla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə "tələsmir" – bununla belə. NATO üzvü olmaq istəyindən də vaz keçmir. Bu halda sözügedən "yollarla" ABŞ-ın Türkiyəni yola gətirməsi üçün "təzyiqlər" göstərir.
Yeni gəlmişkən, bir neçə gün öncə İstanbulda səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinkenlə Prezident Rəcəb Tayyib Ərdoğanın təxminən 1,5 saat davam edən görüşündə də İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib. Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken sosial şəbəkə səhifəsində yazıb. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO müttəfiqləri olaraq ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik.
ABŞ israr edir, Türkiyə tələsmir…
Hazırda prosesin hansı istiqamətdə inkişaf etməsi İsveçin ataxcağı addımlardan asılı kimi görünür. Türkiyə hələ də İsveçin üzvlüyünü ratifikasiya etməyə tələsmir. Ötən ilin sonlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin bu prosesdəki addımlarını izlədiklərini bildirmişdi. Prezident Ərdoğan oktyabrın 23-də İsveçin NATO-ya üzvlük protokolunu imzalamışdı. ABŞ isə özdlüyündə İsveçin Alyansa qoşulmasında israrlı görünür. Hətta Ağ Ev bunu alyansın potensialını gücləndirməyə xidmət edəcək kimi dəyərləndirir.
İsveçin “Sveriges Radio”su ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib ki, İsveç gələn yaya qədər NATO-ya üzvlük üçün Türkiyənin ratifikasiyasını gözləməli ola bilər. Mənbənin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü aylarla gecikə bilər. “Ümid edirəm ki, bu (NATO-nun ratifikasiyası) iyula qədər həyata keçiriləcək”, -deyə mənbə vurğulayıb.
Xatırladaq ki, ötən il dekabrın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden NATO çərçivəsində əməkdaşlığı, eyni zamanda, İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər. Bunun ardınca, ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının satışının əleyhinə olmadığını bəyan edib. F-16-ların İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra Ankaraya göndəriləcəyi vurğulanır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib: “Biz F-16-ların Türkiyəyə satışını dəstəkləyirik. Amma Konqresdə elə insanlar var ki, qırıcıların Türkiyəyə satışını yalnız İsveçin NATO-ya üzvlüyündən sonra səs verəcəklərini deyirlər”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

