İtaliyanın mövqeyi Fransa üçün nümunə olmalıdır
06.04.2024 [10:30]
Parisin Cənubi Qafqaz regionu ilə bağlı təxribatçı siyasəti bumeranq effekti verməkdədir
Fransanın hazırkı mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çevrilib.
Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi, böhtan kampaniyası pik səviyyəyə çatıb. Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək bütün sərhədləri aşmaqdadır. Bu ölkənin prezidentindən tutmuş, hökumət rəsmiləri, nazirlər, parlamentarilər, politoloqlarına qədər ölkəmiz haqqında yalan, qeyri-obyektiv fikirlər səsləndirməkdən usanmırlar. Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar bunu bir daha təsdiqləyir. Belə ki, fransız nazir görüşdə “Biz bu gün Azərbaycan təhdidlərinə məruz qalan Ermənistanın ərazi bütövlüyündən danışdıq və Bakının ritorikasının getdikcə ifrata doğru getdiyini nəzərə alsaq, bundan nə qədər narahat olduğumuzu bildirmək istəyirəm” deyib. O, erməni sevgisini davam etdirərək bunları deyib: “Biz Ermənistana qarşı getdikcə daha çox saxta ittihamlar görürük. Ermənistan yəqin ki, regionda münaqişənin qarşısını almaq istəyən və buna cəhd edən yeganə ölkədir. Əgər daha yaxından baxsaq, Rusiya və Ukrayna ilə baş verənlərlə çoxlu ümumi oxşarlıqlar tapacağıq və düşünürəm ki, Bakıda keçiriləcək COP29-dan altı ay əvvəl buna diqqət yetirməliyik”.
Vəziyyət o həddə çatıb ki, artıq Avropanın özündə də Fransanın Cənubi Qafqaz siyasəti açıq şəkildə tənqid olunur. Bu tənqidlər hansısa qeyri-hökumət təşkilatı deyil, məhz dövlət rəsmiləri səviyyəsində səsləndirilir. Belə ki, bugünlərdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Qərbin, xüsusilə Fransanın Cənubi Qafqaza dair tutduğu birtərəfli mövqeyə etiraz edib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneçilik törədən addımlardan çəkinməyə çağırış edilib. İtaliya diplomatı hesab edir ki, Fransa xarici işlər nazirinin verdiyi açıqlamalar regionda vəziyyəti sakitləşdirməyə kömək etmir. İtaliyanın nazır müavini həmçinin qeyd edib ki, Azərbaycan tərəfi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi qismində məsuliyyətli davranış sərgiləyir və bununla əlaqədar, Fransa xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı verdiyi bəyanatlar prosesə mənfi təsir göstərir.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin verdiyi bu açıqlama ilk növbədə beynəlxalq hüququn təməl prinsip və normalarına hörmətin əlamətidir. Bu, eyni zamanda, ölkələrin daxili işlərinə müdaxilənin və Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi kimi həssas məsələ ilə bağlı məsuliyyətsiz yanaşmadan çəkinilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, İtaliya tərəfinin həm münaqişə, həm də post-münaqişə dövründə bölgə üzrə sərgilədiyi siyasət və yanaşma daim balanslı olub.
XİN-in rəsmi nümayəndəsi diqqətə çatdırıb ki, bu ölkə tərəfindən beynəlxalq hüququn pozuntularını gözardına alan siyasətdən qaçınılması bir daha İtaliya tərəfinin məsələdən daim agah olduğunu göstərib və Fransa kimi ölkələrin yürütdüyü destruktiv siyasətin nə dərəcədə əsassız və nəticəsiz olduğunu sübut edib. “Hesab edirik ki, İtaliya tərəfindən yürüdülən bu siyasət başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır”, -deyə A.Hacızadə vurğulayıb.
Göründüyü kimi, Fransanın yanlış siyasəti Avropa dövlətlərinin də haqlı etirazlarına səbəb olur. Parisin Cənubi Qafqazla bağlı qərəzli, təxribatçı mövqeyinə Avropada etirazların bundan sonra da artacağı istisna deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Fransanın bu siyasəti bumeranq effekti verməkdədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

