Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

24.03.2025 [18:43]

Güləş üzrə Azərbaycan milli komandaları Avropa çempionatına hazırlığı davam etdirir.

AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan yığması geniş heyətlə Qubada təlim-məşq toplanışı keçir.

Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.

Yunan-Roma və qadın güləşi üzrə yığmalar isə məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaqsa, yunan-Roma güləşçilərinin toplanışı bu gün başlayıb. “Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

Paylaş:
Baxılıb: 316 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30