Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək
24.03.2025 [23:35]
Martın 25-də ABŞ-ın yeni administrasiyası dövründə Türkiyədən Vaşinqtona ilk rəsmi səfər olacaq. Vaşinqtona səfər edəcək Türkiyənin xarici işlər naziri Hakan Fidan burada ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.
Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) AZƏRTAC-a verilən məlumata görə, görüşlər zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar və qarşıdakı dövrdə dövlət başçıları səviyyəsində keçiriləcək görüşlərin hazırlıqları müzakirə ediləcək. Danışıqlar zamanı, həmçinin Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmalarının hazırki vəziyyəti və Suriyadakı son hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional məsələlər, eləcə də bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndiriləcək.
Hakan Fidanın Vaşinqtonda keçirəcəyi görüşlərdə Türkiyənin regional məsələlərlə bağlı mövqeyi və gözləntiləri, Suriyaya tətbiq olunan sanksiyaların ləğvinin vacibliyi, PKK/YPG qruplaşmalarının “SDQ” adı altında fəaliyyətinin dayandırılması, eləcə də FETÖ, İŞİD və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyi, Türkiyənin Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik səyləri, CAATSA sanksiyalarının qaldırılması istiqamətində işlərin başlanması və Türkiyənin F-35 proqramına qayıdış prosesinin yenidən nəzərdən keçirilməsinin vacibliyi, müdafiə sənayesi sahəsində əməkdaşlığın geosiyasi reallıqlara uyğun çərçivəyə salınmasının əhəmiyyəti və bu sahədə tədarük proseslərinin qarşısındakı maneələrin aradan qaldırılmasının vacibliyi, eləcə də bu addımların atılması ilə ticarət həcminin 100 milyard dollarlıq hədəfə çatması üçün konkret irəliləyiş əldə olunmasının mümkünlüyü kimi məsələlərin gündəmə gətirməsi gözlənilir.
Qeyd edək ki, Türkiyə-ABŞ münasibətləri 2024-cü ildə müsbət istiqamətdə irəliləyiş əldə edib və Donald Tramp administrasiyası dövründə bu dinamika davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında ən son telefon danışığı bu il martın 16-da baş tutub.
Xəbər lenti
Hamısına baxAnalitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17
Dünya
14 Aprel 19:55
İdman
14 Aprel 19:20
Sosial
14 Aprel 19:05
Gündəm
14 Aprel 18:12
Siyasət
14 Aprel 17:54
YAP xəbərləri
14 Aprel 17:53
Elanlar
14 Aprel 17:52
YAP xəbərləri
14 Aprel 17:30
Hadisə
14 Aprel 16:41
Sosial
14 Aprel 16:38
Hadisə
14 Aprel 16:27
Elanlar
14 Aprel 16:16
Sosial
14 Aprel 16:14
YAP xəbərləri
14 Aprel 16:09
YAP xəbərləri
14 Aprel 15:59
Dünya
14 Aprel 15:37
YAP xəbərləri
14 Aprel 14:57
Sosial
14 Aprel 14:35
Gündəm
14 Aprel 14:29
Hadisə
14 Aprel 14:25
Gündəm
14 Aprel 14:21
Siyasət
14 Aprel 14:05
Dünya
14 Aprel 13:35
Dünya
14 Aprel 13:24
Gündəm
14 Aprel 13:02
YAP xəbərləri
14 Aprel 12:35
Gündəm
14 Aprel 12:25
Sosial
14 Aprel 12:21
İqtisadiyyat
14 Aprel 12:13
Hadisə
14 Aprel 12:09
İqtisadiyyat
14 Aprel 11:50
Gündəm
14 Aprel 11:38
İdman
14 Aprel 11:33
Siyasət
14 Aprel 11:15
YAP xəbərləri
14 Aprel 11:14
İqtisadiyyat
14 Aprel 11:10
Siyasət
14 Aprel 10:57
Gündəm
14 Aprel 10:32
İqtisadiyyat
14 Aprel 10:19
Dünya
14 Aprel 10:12
Sosial
14 Aprel 10:08
Gündəm
14 Aprel 09:56
Ədəbiyyat
14 Aprel 09:30
Analitik
14 Aprel 09:12
Maraqlı
14 Aprel 08:50
Ədəbiyyat
14 Aprel 08:33
Dünya
13 Aprel 23:16
Dünya
13 Aprel 22:49
İqtisadiyyat
13 Aprel 22:31
Dünya
13 Aprel 22:14
Dünya
13 Aprel 21:58
Sosial
13 Aprel 21:20
Dünya
13 Aprel 21:05

