Vahid amal üçün!
03.07.2025 [09:54]
Ənənələrimizi gələcək nəsillərə ötürən ideologiya...
Hər bir dövlətin milli həmrəyliyinin təminatı üçün uğurlu ideoloji xəttə malik olması vacib şərtlərdən biridir. Ölkəmizdə azərbaycançılıq ideologiyası milli birliyimizin əsas amili hesab olunur. Bir sözlə, bu ideyanın təbliği və qorunması həm dövlət, həm də cəmiyyət üçün böyük əhəmiyyətə malikdir.
Bu gün Azərbaycanda və ölkəmizdən kənarda yaşayan soydaşlarımız arasında vətənpərvərlik nümunələrinin təbliği, onların bir ideologiya ətrafında birləşdirilməsi çox vacibdir. Bunun üçün azərbaycançılıq ideologiyası ən mühüm faktordur. Xalqımızın milli inkişaf yolunun formalaşması azərbaycançılıq ideyasına söykənir.
Daha güclü Azərbaycan naminə...
Ölkəmizdə milli ideologiyanın formalaşması prosesindən bəhs edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, azərbaycançılıq dünyagörüşü Heydər Əliyevin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapıb: “Hələ sovet dönəmində Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə davamlı olaraq həyata keçirilən və cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmışdı. Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət məhz Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq ideyası vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olub.
1993-cü ildən sonra Heydər Əliyev gənc nəslə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gəncliyin enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalamaqla Azərbaycan gəncliyinin qarşısında öz potensialını reallaşdıra bilmək üçün tükənməz imkanlar açdı. Bu gün də həmin imkanlardan yararlanaraq daha güclü, daha firavan Azərbaycan naminə əzm və fədakarlıqla çalışmalıyıq”.
Keçmişlə gələcəyi əlaqələndirən ideologiya
K.Cəfərovun sözlərinə görə, azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir: “Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür”.
Dünya azərbaycanlılarının ideoloji bünövrəsi...
Xaricdəki azərbaycanlıların bir araya gəlməsində azərbaycançılıq ideologiyasının rolundan danışan deputat əlvə edib ki, xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir: “Dünya azərbaycanlılarının vahid bir amal ətrafında birləşdirilməsi vacib amildir. Azərbaycanlıların bir araya gəlməsi üçün, hər şeydən əvvəl, əqidə, ideya birliyi olmalıdır. Bu, real birliyə aparan başlıca yoldur. Ulu Öndərin azərbaycançılıq ideyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyasına əsaslanaraq həmrəylik nümayiş etdirməsinə və vətənlə əlaqələrini möhkəmləndirməsinə ehtiyac var.
Hazırda lobbiçiliyin inkişafında da azərbaycançılıq ideologiyasından yararlanmaq mümkündür. Hər şeydən əvvəl, xaricdəki soydaşlarımız lobbiçilik fəaliyyətinə başlamalıdır. Azərbaycançılıq ideologiyası əsasında lobbiçiliyimizi praktiki həyata keçirmək üçün azərbaycançılıq ideologiyasının doktrini hazırlanmalıdır. Hər bir fəaliyyət bu konsepsiyaya və doktrinaya uyğun olmalıdır.
Göründüyü kimi, istər ölkə daxilində istərsə də xaricdə soydalarımızın bir araya gəlməsi və vahid platforma ətrafında birləşməsi vacib amildir. Bunun üçün azərbaycançılıq ideologiyası ən uyğun platformadır. Ona görə də milli ideologiyamızın təbliği və möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülsə də, davamlı fəaliyyətə ehtiyac var”,
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

