Kəlbəcər rayonunda Azərbaycan Polisinin yaradılmasının 107-ci ildönümü qeyd edilib
03.07.2025 [15:26]
Kəlbəcər rayonunda Azərbaycan Polisinin yaradılmasının 107-ci ildönümü qeyd edilib.
2 İyul Azərbaycan Polisi Günü münasibəti ilə keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, polis heyəti iştirak edib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümumilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haxverdi Əkbərov çıxış edərək Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 2 iyulun Azərbaycan Polisi Günü elan olunduğunu qeyd etmişdir. Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Daha sonra YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisinin Şəxsi Heyətlə İş üzrə rəis müavini, polis polkovnik-leytenantı Eyyub Hüseynov və polis veteranı Vurğun Ağamalıyev çıxış edərək Azərbaycan Polisinini zaman-zaman keçdiyi çətin və şərəfli yoldan geniş bəhs etmişlər. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev öz çıxışında Azərbaycan Polisinin tarixinə nəzər salaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Polisinin güclü maddi-texniki bazası olması, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olmasını qeyd etmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
Kəlbəcər RİH başçısı Azər Qocayev və Kəlbəcər rayon İcra Hakimiyyətinin kollektivi, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini peşə bayramları münasibətilə təbrik edir, dövətimizin sabitliyinin, insanların həyat və sağlamlığının, hüquq və azadlıqlarının qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıblar. Qeyd edək ki, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiyinə görə Kəlbəcər Rayon Polis şöbəsinin bir qrup polis əməkdaşları Kəlbəcər RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.Sonda xatirə şəkili çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42

