Aqrar Tədqiqatlar Mərkəzi və Milli Observatoriya arasında Anlaşma Memorandumu imzalanıb
03.07.2025 [18:29]
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Observatoriyada keçirilən görüşdə Elnur Səfərli qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Observatoriya əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və dövlətin məşğulluq strategiyalarının dəstəklənməsinə xidmət edir.
Qurumda iqtisadi fəal əhalinin məşğulluğunun cari vəziyyəti, strateji məşğulluq sahələrinin müəyyən olunması, vakansiyalar bazası və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatlar təhlil olunur, habelə əmək bazarına təsir edən sosial-iqtisadi, texnoloji və institusional amillər araşdırılır.
Rəşad Hüseynov Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Mərkəz aqrar siyasətin elmi əsaslandırılması və analitik bazasının formalaşdırılması istiqamətində fəaliyyət göstərir və “beyin mərkəzi” kimi bu sahədə həm yerli, həm də beynəlxalq səviyyədə elmi və analitik əməkdaşlığa önəm verilir.
Memorandumun əsas predmeti kənd təsərrüfatı sahəsində məşğulluq, o cümlədən qeyri-formal məşğulluq, aqrar sahədə məşğulluq məqsədilə daxili miqrasiya, kənd yerlərində sosial rifah, aqrar əmək bazarının inkişafı və dayanıqlı məşğulluğun təşviqi ilə bağlı məlumatların toplanması, təhlili, tədqiqatların aparılması, aqrar məşğulluqla bağlı proqnozların verilməsi, eləcə də bu sahədə elmi və praktiki təcrübənin paylaşılmasıdır.
Sənədə əsasən, tərəflər aqrar sahədə əmək bazarının vəziyyəti, məşğulluq səviyyəsi, işçi qüvvəsinin strukturu və peşə tərkibi üzrə birgə tədqiqatlar aparacaq, kənd yerlərində işsizliyin və qeyri-formal məşğulluğun azaldılması ilə bağlı təkliflər hazırlayacaqlar. Əmək bazarına təsir edən iqlim dəyişikliyi, texnoloji yeniliklər və iqtisadi transformasiyaların sosial təsirləri də ortaq araşdırma mövzularına daxildir.
Aqrar əmək bazarına dair statistik məlumatların qarşılıqlı mübadiləsi, məlumat bazalarının inteqrasiyası və uyğunlaşdırılması, eləcə də kənd təsərrüfatında tələb olunan yeni peşə və bacarıqların müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq da nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

