Azərbaycan-Özbəkistan əlaqələri: İqtisadiyyatda QARDAŞLIQ
03.07.2025 [17:20]
Toğrul Zeynalov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan ilə Özbəkistan arasında formalaşan dostluq və qardaşlıq münasibətləri təkcə ortaq tarix və mədəni köklərə deyil, eyni zamanda dərin etimada və qarşılıqlı faydaya əsaslanan iqtisadi əməkdaşlığa söykənir. Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində həyata keçirilən birgə layihələr xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də pambıqçılıq və ipəkçilik kimi ənənəvi, lakin eyni zamanda müasir texnologiyaların tətbiqi ilə yenidən canlanan sahələrdə Özbək dostlarımızın göstərdiyi məsləhət yardımları və sərmayə dəstəyi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır.
Özbəkistan kənd təsərrüfatında zəngin təcrübəyə malik ölkə kimi tanınır. Onların illər ərzində formalaşmış bilik və bacarıqları, o cümlədən aqrotexniki yenilikləri Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq olunmaqla məhsuldarlığın artırılmasına, resurslardan daha səmərəli istifadəyə və fermerlərin iqtisadi vəziyyətinin yaxşılaşmasına ciddi töhfələr verir. Pambıqçılıq sahəsində həyata keçirilən layihələr çərçivəsində tətbiq olunan qabaqcıl suvarma sistemləri, keyfiyyətli toxum materiallarının gətirilməsi və əkin sahələrinin düzgün idarə olunması nəticəsində məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan yerli əhali üçün yeni iş yerlərinin açılması və rifah səviyyəsinin yüksəlməsi deməkdir.
Bununla yanaşı, ipəkçilik sahəsində də Özbəkistanın təcrübəsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. İpəkqurdu bəslənməsi, baramanın emalı və ipək istehsalı üzrə həyata keçirilən texniki və məsləhət dəstəyi sayəsində bu sahədə dirçəliş müşahidə olunur. Özbək mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər, seminarlar və texnoloji əməkdaşlıq ipəkçiliyin Azərbaycanda həm iqtisadi, həm də mədəni baxımdan yenidən aktuallaşmasına səbəb olmuşdur. Bu, eyni zamanda Azərbaycanın kənd yerlərində yaşayan əhali üçün alternativ gəlir mənbələrinin formalaşmasına şərait yaradır.
Bütün bu təşəbbüslər bir daha sübut edir ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq təkcə qarşılıqlı maraqlara deyil, xalqlarımızın rifahına və strateji tərəfdaşlığa xidmət edir.Buna görədə ölkələr arasında tez-tez görüşlər baş tutur və fikir mübadilələri aparılır.Məhz bu görüşlərdən biri də İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıdakı yeni binasının açılışında baş tutub.Prezident İlham Əliyev çıxış edərək bildirdi:
Biz özbək dostlarımıza məsləhət yardımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sərmayə qoyduqlarına görə minnətdarıq. Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətlidir. Bu gün, həmçinin konkret olaraq həm Azərbaycanda, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik.
Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

